biz_reshadi.e.d., prof. Muradov Rəşad Şahbaz oğlu

28 aprel 1966-cı ildə Bakı şəhərində anadan olub.

1973-1975-ci illərdə Bakı ş., Nəsimi rayonu, 240 №-li orta məktəbdə;
1975-1983-cü illərdə Bakı ş., Nəsimi rayonu, 20 №-li orta məktəb təhsil alıb.

1983-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində  (əvvəllər Azərbaycan Xalq Təsərrüfat İnstitutu) təhsil alıb.

1992-ci il – iqtisad elmləri namizədi – Siyasi iqtisad – 08.00.01;
2003-cü il – iqtisad elmləri doktoru –  Siyasi iqtisad (iqtisadi nəzəriyyə) – 08.00.01.
2007-ci il – professor – İdarəetmənin təşkili kafedrası üzrə – 08.00.01 və 08.00.05.

Milli iqtisadiyyatın aktual problemlərinə aid 90-a qədər elmi əsərin, o cümlədən 5 kitab, monoqrafiya, dərs vəsai­ti və çoxlu tədris proqramlarının müəllifidir.

*

1993-1994-cü illərdə TACİS proqramı çərçivəsində İrlandiya Cümhuriyyıtinin Dublin Universitetində;
1996-1998-ci illərdə TACİS proqramı çərçivəsində Niderland Krallığının Amsterdam Universitetində təhsil alıb.

Hazırda UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının professorudur.

nobel_94641-rashad_1360DSC_9174

UNEC-də “Elm aylığı” çərçivəsində Nobel məruzələri davam edir (03.11.2016)