emek_isi_fotoi.e.n., b/m. İsmayılov İsmayıl Elman oğlu

1973-cü ildə Qəbələ rayonunun Xırxatala kəndində ziyalı ailəsində anadan olmuşdur.

1991-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir.

1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun «Əməyin iqtisadiyyatı» ixtisasını Fərqlənmə diplomu ilə bitirmişdir.

1998-ci ilin may ayında «Əməyin iqtisadiyyatı və sosiologiyası» kafedrasına baş laborant vəzifəsinə qəbul edilmişdir. Eyni zamanda həmin il kafedranın dissertantı kimi  elmi iş götürərək işləməyə başlamışdır. 2001-ci ildən başlayaraq kafedra tərəfindən saathesabı tədris yükü ilə təmin edilmişdir.

2007-ci ildə namizdlik dissertasiyasını müdafiə edib iqtisad elmləri namizədi (iqtisadiyat elmi üzrə fəlsəfə  doktoru) alimlik dərəcəsini almışdır.

 

 

*
2008-ci sentyabr ayından «Əməyin iqtisadiyyatı və təşkili» kafedrasının müəllimi vəzifəsinə keçirilmişdir.
20 noyabr 2009-cu ildə «Əməyin iqtisadiyyatı və təşkili» kafedrası üzrə müəllim vəzifəsinə seçilmişdir.

2013-cü ilin fevral ayından «Əməyin iqtisadiyyatı və təşkili» kafedrasının baş müəllimidir.

20-dən artıq elmi məqalə çap etdirib, kafedra tərəfindən yazılan «Heyətin idarə edilməsi» kitabının böyük bir bölməsini, müxtəlif fənlər üzrə proqramlar, metodik göstərişlər, «İnsan resurslarının idarə edilməsi» üzrə mühazirə mətnlərinin elektron versiyasını  hazırlamışdır.

Ailəlidir, iki övladı var.
*
UNEC-də “Strateji Yol Xəritəsi” öyrənilir (19.01.2017)