biz_ayguni.e.n., b/m. Şükürova Aygün Səfər qızı

1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1968-1978-ci illərdə Bakı şəh, Səbayıl rayon, 51 nömrəli orta məktəbdə təhsil almışdır.

1982-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bitirmişdir.

1988-2002-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında Azərbaycan Xalq Təsərrufatının İdarəetmə İnstitutunda baş mühasibin müavini vəzifəsində çalışmışdır.

 

2001-ci ildən İqtisad Universitetinin Biznesin təşkili kafedrasında laborant, 2002-ci ildən müəllim vəzifəsində işləmişdir.

1988-ci ildə “Biznes infrastrukturunun formalaşması və inkişaf problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

2005-ci ildə çapdan çıxan Biznesin əsasları kitabının üçüncü fəslinin müəllifidir.
2010-cu ildə çapdan çıxan Biznesin təşkili kitabının 18-ci fəslinin müəllifidir.

Milli iqtisadiyyatın aktual problemlərinə aid 25 məqalə və tezis, 7 tədris proqram, o cümlədən 5 tərcümə və 2 dərsliyin müəllifidir.

Evlidir, bir övladı var.