nazar_samira

i.e.n., dos. Abasova Samirə Təhməz qızı

19.11.1963-cü ildə anadan olub.

1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə “Sənayenin planlaşdırılması” ixtisası üzrə bitirmişdir.

2001-ci ildə “Keçid dövründə sahibkarlığın formalaşması və yeni sosial mühitin yaranması” mövzusunda dissertasiya işini müdafiə etmişdir. İqtisad elmləri namizədidir. 2006-cı ildə dosent adı almışdır.

1985-1989-cı illərdə ETİİ Dövlət Plan Komitəsi, iqtisadçı.
1989-1997-ci illərdə kiçik elmi işçi;
1997-2000-ci illərdə Odlar Yurdu Universitetində müəllim;
2000-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim;
2001-2004-cü illərdə baş müəllim;
2004-2006-cı illərdə dosent əvəzi vəzifələrində çalışıb;
2006-2017-ci illərdə «İqtisadi nəzəriyyə-1» kafedrasının dosenti;
2017-2022 ci ildən UNEC -in Rus məktəbində ,«İqtisadiyyat» kafedrasının dosenti;

16.09.2022-ci ildən və hal hazırda  Rus İqtisadiyyat Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının dosentidir .

“İqtisadiyyata giriş”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat” və “İnstitusional iqtisadiyyat” fənlərini tədris edir.

Çap olunmuş əsərlərin sayı 80: Respublika üzrə 61; xaricdə: -19, o cümlədən Web of Science, Skopus bazasında – 7; monoqrafiya -2; tədris vəsaitləri – 2; emalatxananın tədris vəsaitləri-1; dərsliklərin tərcüməsində iştirak – 6.

Dəfələrlə UNEC-in tətbiq etdiyi “Diferensial əmək haqqı” sisteminin ilk 100-lüyə reytinqinə daxil olub.

SABAH, UNEC, Sorbonna və başqalarının layihələri üzrə təlimlərdə iştirak edib, həmçinin “İqtisadiyyata giriş” fənninin tədrisinin məzmunu və metodları” proqramı üzrə təlimi başa vurub və sertifikatlara layiq görülüb.

2015-cı ilin oktyabrında UNEC-dəki pedaqoji fəaliyyətində və universitetinin ictimai heyatında fəal iştirakına görə Fəxri fərman ilə təltif edilib.

 

*

2024-cü ildən ən yüksək elmiometrik göstəriciyə malik və fəal pedaqoji fəaliyyətinə görə ən yaxşı işçilərdən biri kimi müəllim institut tərəfindən assistent-köməkçi vəzifəsinə təyin edilmişdir.

08.08.2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi ilə əlaqədar yüksək ixtisaslı iqtisadi kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.

 

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

samira_sayt102550c6b5

“Azərbaycan iqtisadi inkişafın innovasiya modelinin reallaşması şəraitində” (07.05.2018)