bank_azer_fotoi.e.n., dos. Babayev Azər Alim oğlu

1966-cı il mayın 19-da Bakı şəhərində anadan olmuşdur.

1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.

1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.

1986-1989-cu illərdə təhsilinmi N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialının Maliyyə-kredit fakültəsində davam etdirmişdir.
1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

Ali məktəbi bitirdikdən sonra təhsilini məqsədli aspiranturada davam etdirərək, LMİİ-nin Bakı Filialının Elmi Şurasının qərarı ilə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutuna göndərilmişdir.

1989-1990-cu illərdə LMİİ-nin «Pul tədavülü və kredit» kafedrasının stajoru, 1990-1993-cu illərdə isə həmin kafedranın aspirantı olmuşdur.

1994-cü ildə Sankt-Peterburq Dövlət İqtisad və Maliyyə Universitetinin 08.00.10 – «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

 

 

*

1994-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) «Bank işi və pul tədavülü» (indiki «Bank işi») kafedrasında çalışır.

2000-ci ildən kafedranın dosenti vəzifəsində çalışır.

Çoxsaylı metodiki, elmi-metodiki nəşrlərin, elmi məqalə və tezislərin müəllifidir. Kafedranın «Pul, kredit və banklar», «Pul və banklar», «Qiymətli kağızlar bazarı» kimi baza fənnləri üzrə dərsliklərin həmmüəlliflərindəndir.

Dəfələrlə ölkə və beynəlxalq qurumlar tərəfindən təşkil edilmiş ixtisasartırma, hazırlıq və inkişaf proqramlarında iştirak etmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 27/09/2011 il tarixli № T-393  qərarı ilə Fəxri Fərmanla təltif edilmişdir.

Evlidir. İki övladı var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI