30 sentyabr 1942-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüs-nüs kəndində anadan olub.
Həmin kənddə orta təhsilini alıb.
Maliyyə-statistika texnikumunda qiyabi, Yeyinti sənaye texnikumunda axşam təhsil alıb.
Nüs-nüs kəndində klub müdiri, Ordubad hidrometeoroloji xidməti idarəsində baş müşahidəçi, Bakı Biskvit fabrikində çilingər vəzifələrində işləyib.
1963-1965-ci illərdə hərbi xidmətdə olub.
1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib, təyinatla institutun “Siyasi iqtisad” kafedrasında laborant vəzifəsində saxlanılıb.
1970-1973-cü illərdə aspiranturanın əyani şöbəsində təhsil alıb.
1974-cü ildə “İnqilabdan əvvəlki Azərbaycanda iqtisadi ukladlar” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi adını alıb.
Kafedrada müəllim, baş müəllim vəzifələrində işləyib, 1981-ci ildə ona dosent elmi adı verilib.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
*
Müxtəlif illərdə kafedra müdiri, hazırlıq fakültəsinin dekanı vəzifələrini əvəz edib, 1986-cı ildə Uçot-iqtisad fakültəsinin qiyabi təhsil üzrə dekan müavini, 1987-2006-cı illərdə həmin fakültənin dekanı vəzifəsində işləyib.
2014-cü ilin mayında doktorluq dissertasiya işini (Mövzu: “Aqrar sahədə özəl qurumların formalaşması və inkişafının iqtisadi problemləri”) müdafiə edib. 2015-cı ilidə AR Attestasiya Komussiyası tərəfindən təsdiq olunaraq iqtisad elmləri doktoru elmi dərəcəsi verilib.
2016-cı ildən 2020-ci ilin dekabrına kimi UNEC-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının professoru olub.
150 ç.v. həcmində 100-dən çox elmi əsərin müəllifidir.
2020-ci ilin dekabrın 25-də vəfat etmişdir.
Professor Telman Babayevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır (25.12.2020)
UNEC professorları: “Strateji Yol Xəritəsi milli iqtisadi inkişafın əsas konturlarını dəqiq müəyyən edir” (10.02.2017)