UNEC professorları: “Strateji Yol Xəritəsi milli iqtisadi inkişafın əsas konturlarını dəqiq müəyyən edir”

10 FEVRAL 2017 | VIEWS:
2005

UNEC-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasında “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” mövzusunda elmi seminar keçirilib.

Kafedra müdiri, professor Ümidvar Əliyev mühüm sənədin hədəf indikatorları, strateji məqsəd və hədəflərindən söz açaraq bildirib ki, Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Sənəd Azərbaycanın qlobal dəyər zəncirlərinə qoşulmasına təkan verəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaq.

Professorlar Qabil Manafov, Telman Ba­bayev, iqtisad elmləri namizədi, dosent Qəzənfər Əlləzov və digər çıxışçılar Strateji Yol Xəritəsinin yaxın, orta və uzunmüddətli dövrdə milli iqtisadi inkişafın əsas konturlarını dəqiq və konkret müəyyən etdiyini bildiriblər. Milli iqtisadiyyatımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun hərtərəfli təhlilinə, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Davos İqtisadi Forumu və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatına dair hesabat məlumatları və proqnozlarına əsaslanan mühüm sənəd faktiki olaraq dövlətimizin başçısının uzaqgörənliklə hazırlanan yeni iqtisadi konsepsiyasının mahiyyətini, məzmununu və missiyasını təqdim edir.

Seminar müzakirələrlə davam edib.

2006 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno