naz_telman_fotoi.e.n., dos. Babayev Telman Qurban oğlu

30 sentyabr 1942-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüs-nüs kəndində anadan olub.
Həmin kənddə orta təhsilini alıb.

Maliyyə-statistika texnikumunda qiyabi, Yeyinti sənaye texnikumunda axşam təhsil alıb.

Nüs-nüs kəndində klub müdiri, Ordubad hidrometeoroloji xidməti idarəsində baş müşahidəçi, Bakı Biskvit fabrikində çilingər vəzifələrində işləyib.

1963-1965-ci illərdə hərbi xidmətdə olub.

1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib, təyinatla institutun “Siyasi iqtisad” kafedrasında laborant vəzifəsində saxlanılıb.

1970-1973-cü illərdə aspiranturanın əyani şöbəsində təhsil alıb.

 

*

1974-cü ildə “İnqilabdan əvvəlki Azərbaycanda iqtisadi ukladlar” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi adını alıb.

Kafedrada müəllim, baş müəllim vəzifələrində işləyib, 1981-ci ildə ona dosent elmi adı verilib.

Müxtəlif illərdə kafedra müdiri, hazırlıq fakültəsinin dekanı vəzifələrini əvəz edib, 1986-cı ildə Uçot-iqtisad fakültəsinin qiyabi təhsil üzrə dekan müavini, 1987-2006-cı illərdə həmin fakültənin dekanı vəzifəsində işləyib.

2014-cü ilin mayında doktorluq dissertasiya işini (Mövzu: “Aqrar sahədə özəl qurumların formalaşması və inkişafının iqtisadi problemləri”) müdafiə edib. 2015-cı ilidə AR Attestasiya Komussiyası tərəfindən təsdiq olunaraq iqtisad elmləri doktoru elmi dərəcəsi verilib.

2016-cı ildən UNEC-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının professorudur.

150 ç.v. həcmində 100-dən çox elmi əsərin müəllifidir.

Ailəlidir, dörd övladı və nəvələri var.
*

UNEC professorları: “Strateji Yol Xəritəsi milli iqtisadi inkişafın əsas konturlarını dəqiq müəyyən edir” (10.02.2017)