11i.e.n., dos. Əhmədov Bağış Sabir oğlu

19 sentyabr 1972-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuşdur.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir. 1994-1997-ci illərdə həmin institutun əyani aspirantı olmuş, 2000-ci ildə namizədlik disertasiysını  müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

1998-2000-ci illərdə İqtisad Universitetinin “Sənayenini iqtisadiyyatı” kafedrasının (indiki “Müəssisənin iqtisadiyyatı” kafedrasının) baş laborantı, 2002-ci ildən baş müəllimi vəzifəsində çalışıb.

Hazırda “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosentidir.

 

 

*

15-dən artıq elmi-metodiki əsərin müəllifidir.

2004-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetininin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda çalışır.

2004-2010-cu illərdə Azərbaycanın sosial-inkişaf problemlərinə dair layihələrdə, o cümlədən beynəlxalq təşkilatların maliyyələşdirdiyi və beynəlxalq ekspertlərin iştirak etdiyi layihələrdə koordinator, qrup rəhbəri, ekspert kimi iştirak etmişdir.