emek_leyla_fotoi.e.n., dos. Əlixanova Leyla Hüseyn qızı

1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmişdir.

1982-ci ildən Azərbaycan SSR Nəqliyyat Nazirliyində çalışmışdır.

1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olmuşdur.

1989-cu ildə N.Voznesenski adına Leninqrad Maliyyə və İqtisad İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.

 

 

*

1989-cu ildən «Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında müəllim vəzifəsində çalışır.
Hazırda həmin kafedranın dosentidir.

Çalışdığı dövr ərzində çoxsaylı məqalələr, proqramlar, metodik göstərişlər və dərsliklər çap etdirmişdir.
2013-cü ildə «Основы организации труда» və  «Управление персоналом» dərslikləri nəşr olunub.
2014-cü ildə «Политика доходов и заработной платы» dərslikləri çap olunmuşdur.

Evlidir, iki övladı var.