azizov_ramiz_fotoi.e.n., dos. Əzizov Ramiz Nəhməd oğlu

11 may 1959-ci ildə anadan olub.

1982-ci ildə Azərbaycan Xalq Təsərrüfat  İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirib;
1984-cü ilədək təyinatla Tədarük Nazirliyinin Bakı  un zavodunda iqtisadçı vəzifəsində işləyib.

1984-1992-ci illərdə Tədarük (sonralar Taxıl Məhsulları) Nazirliyinin mərkəzi aparatında baş iqtisadçı, bölmə müdiri  vəzifəsində işləyib.
1992-1994-cü illərdə  Xarici İqtisadi Əlaqələr Nazirliyinin “Azərxariciticarət” Birliyində baş ekspert vəzifəsində çalışıb.
1992-ci ildə disseryasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
1994-1995-ci illərdə İqtisadiyyat Nazirliyində baş iqtisadçı vəzifəsində çalışıb.
1995-2005-ci illərdə ETM Təfəkkür Universitetində fakültə dekanı olub.

2005-2015-ci illərdə  həmin Universitetin  İqtisadiyyat kafedrasının müdiri vəzifəsində işləyib.

1995-2015-ci illərdə Azərbaycan   Dövlət  İqtisad  Universitetində  Beynəlxalq  İqtisadi  Münasibətlər  kafedrasında  (0.5 ştat) müəllim vəzifəsində çalışıb.

 

 

*

2016-cı ilin sentyabrından Azərbaycan Dövlət İqtisad Universitetininə Beynəlxalq İqtisadiyyat  kafedrasında dosent vəzifəsində və  Azərbaycan Respublikası  Prezidenti  Yanında Dövlət  İdarəçilik  Akademiyasının İqtisadiyyatın Dövlət Tənzimlənməsi  kafedrasının dosenti (0.25 şt.)   vəzifəsində  çalışır.

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  Akkreditasiya  və Attestasiya  komissiyasında  fəaliyyət  göstərir.

2011-ci  ildən  AMEA-nın  İqtisadiyyat  İnstitutunda  elmlər  doktoru  hazırlığı  üzrə  dissertantıdır.

Ailəlidir, bir övladı və nəvələri var.

azizov2aziz0x320