11 yanvar 1956-cı ildə anadan olub.
1963-1973-cü illərdə orta məktəbdə təhsil alıb.
1974-1976-cı illərdə keçmiş Almaniya Demokratik Respublikasındakı sovet hərbi kontingentinin tərkibində xidmət edib.
1978-ci D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsinin əyani şöbəsinə qəbul olunub. 1982-ci ildə institutun Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Ali təhsilli mütəxəssis kimi Fuzuli rayonu “Araz” sovxozunda baş mühasib işləyib. 1983-1985-ci illərdə isə rayon komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1985-1988-ci illərdə istehsalatdan ayrılmaqla universitetin aspiranturasında əyani təhsil alıb. 1988-ci ildə “Təsərrüfat fəaliyyətinin təhlili” kafedrasınının nəzdində laboratoriya müdiri, 1989-cu ildə isə həmin kafedranın müəllimi, baş müəllimi vəzifələrində işləyib, 1996-cı ildə müsabiqə yolu dosent seçilib. 2001-2005-ci illərdə Uçot-iqtisad fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləyib.
1988-ci ildə vaxtından əvvəl yazdığı dissertasiya işini M.B.Lomonosov adına Moskva Dövlət Universitetində “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” doktorluq işi üzrə ixtisaslaşmış müdafiə şurasında müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının professorudur.
2010-cu ildə “Mühasibat uçotu, statistika” ixtisası üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsi elm adına layiq görülmüşdür və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib.
2000-2003-cü ildə İqtisad Universitetinin Uçot-iqtisad fakultəsində həmkarlar təşkilatının sədri işləyib. 2001-ci ildə həmin fakultədə dekan vəzifəsini icra edib. Azərbaycan İqtisadçılar İttifaqının, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elm-Tədqiqat və Tədris Mərkəzində “Mühasibat uçotu” ixtisası üzrə dokturanturaya qəbul komissiyasının üzvüdir. Eyni zamanda beynəlxalq lisenziyali “Azərbaycan vergi” jurnalında resenzisdir.
*
28 dekabr 2016-cı il tarixdə UNEC-in rektoru Ə.Muradov “31 dekabr Dünya Azərbaycanlılarıının Həmrəylik Günü” və “Yeni il” bayramları münasibəti ilə səmərəli elmi-pedaqoji və əmək fəaliyyəti münasibəti ilə mükafatlandıraraq təşəkkür edib (ƏMR № 902/3/2016).
Professor F.Hacıyev 2017-ci ildə “Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nəaliyyətlər əldə etdiyinə görə” və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.
130-dən çox elmi-metodiki əsərin (3 monoqrafiya, 3 dərs vəsaiti, 12 metodik göstəriş, 14 tədris proqramı) müəllifidir. Xarici ölkələrdə 10 elmi məqaləsi nəşr olunub. 5-dən çox beynəlxalq konfransın materiallarında elm məqalələri çap edilib.
Dövri mətbuatda respublikamızın iqtisadi həyatı ilə bağlı 20-dən çox elmi məqaləsi çap olunub.
UNEC-in professoru beynəlxalq konfransda “Azərbaycanın aqrar sektorunda məşğulluğun inkişaf perspektivləri” mövzusunda çıxış edib.
UNEC professorları beynəlxalq konfransda (23.10.2017)
Azərbaycanın sosial-iqtisadi inkişafında turizmin fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi (10.03.2017)