bux_hafiz_fotoi.e.n., dos. Hacıyev Hafis Əhməd oğlu

24 dekabr 1975-ci ildə Tbilisi şəhərində anadan olmuşdur.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (hazırda Universitet) “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra “Mühasiabt uçotu və audit” kafedrasında laborant vəzifəsində saxlanılmış və 1998-ci ilin sentyabr ayında böyük laborant vəzifəsinə keçirilmişdir.

*
2002-ci ilin fevral ayından həmin kafedrada müəllim;
2008-ci ilin iyun ayından isə baş müəllim vəzifəsində çalışır.

 

 

15 may 2006-cı il tarixdə “Kəndli-fermer  təsərrüfatlarında mühasibat uçotunun və istehsalın səmərəliliyinin təhlilinin təkmilləşdirilməsi” mövzusunda 08.00.12 “Mühasibat uçotu, statistika” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 dekabr 2006-cı il tarixli (protokol № 35-k) qərarı ilə ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

2006-cı ilin sentyabr ayından Amerika Birləşmiş Ştatlarının (ABŞ) Daxili Auditorlar İnstitutunun üzvüdür.

Hazırda “Mühasibat uçotu və audit” kafedrasının dosentidir.

İqtisadiyyatın müxtəlif aktual  problemlərinə, o cümlədən mühasibat uçotu, audit və iqtisadi təhlilə həsr edilmiş 33,13 ç.v. həcmində  77 elmi və tədris-metodiki  əsəri dərc edilmişdir.

Ailəlidir, iki övladı var.