8i.e.n., dos.  Həmidova Lalə Adil qızı

7 sentyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalın iqtisadiyyatı və idarə edilməsi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistraturaya daxil olmuşdur. 2001-ci ildə magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdur.

2005-ci ildə “Bazar iqtisadiyyatı şəraitində sənayedə struktur dəyişikliklərinin investisiya prioritetləri” mövzusunda dissertasiya işini müdafiyə etmişdir. 2006-cı ildə iqtisad elmləri namizədi adını almışdır.

 

*

2000-2002-cı illərdə “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2003-2007-ci illərdə “Müəssisənin iqtisadiyyatı” kafedrasında müəllim, baş müəllim vəzifələrini tutmuşdur.
2007-ci ildən“Müəssisənin iqtisadiyyatı” kafedrasının dosentidir.

24 elmi və tədris-metodiki işin müəllifidir. Onlardan 1 monoqrafiya, 5 elmi məqalə, avtoreferat, 10 elmi-praktik konfransların tezisləridir.

IMAG1083

UNEC alimləri beynəlxalq konfransda (17.05.2017)