afaq_huseyn_biznesi.e.n., dos. Hüseyn Afaq Camaləddin qızı

1972-ci ildə Bakı şəhərində аnаdаn оlmuşdur. 1989-cu ildə orta məktəbi qızıl medalla, 1994-cü ildə Аzərbаycаn Dövlət İqtisаd İnstitutunu Qiymətin əmələgəlməsi ixtisası üzrə fəqrlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildə dissertasiya işini müdafiə edərək iqtisаd еlmləri nаmizədi аlimlik dərəcəsi almışdır. 2007-ci ildə dosent elmi adı аlmışdır.

1994-2013-cü illərdə İqtisad Universitetində assistent, baş müəllim və dosent, İqtisаdiyyаtın tənzimlənməsi fакültəsinin Еlmi Şurаsının еlmi каtibi, Univеrsitеtin Tədris‑Mеtоdiк Şurаsının еlmi каtibi vəzifələrində çalışıb. 2013-2017-cı illərdə АR Prеzidеnti yаnındа Dövlət Qulluğu Məsələləri üzrə Коmissiyаdа İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri vəzifəsində işləyib.

46 elmi-metodiki əsərin, o cümlədən 6 dərs vəsaitinin müəllifidir. Tədqiqat sahəsi dövlət idarəetməsi, dövlət qulluğu, iqtisadiyyatın dövlət və hüquqi tənzimlənməsi, dövlətin iqtisadi siyasəti, qiymətin əmələgəlməsi, insan resurslarının idarəetməsidir.

30‑dan аrtıq bеynəlхаlq еlmi­­‑prаktik коnfrаnsdа, o cümlədən Eurasian Forum on Social Sciences (EFSS 2012) spikeri, VII Astana İqtisadi Forumun spikeri (2014), 2013-2016-cı illərdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” Platforması nəzdində Dövlət İdarəçiliyi İslahatları üzrə Panel”in İşçi Qrupunun, Almaniyanın GTZ, Avropa İttifaqının SİGMA proqramlarının həyata keçirilməsində birgə layihələr çərçivəsində çalışıb.

*

DBB Akademie and GİZ “Staff Appraisal System”, HAUS Finnish İnstitute of Public Management, Center for Adaptation of the Civil Service to the Standarts of the Evropean Union and National Agency of Ukraine on Civil Service sertifikatlarının sahibidir.

 2015-ci ildən iqtisad elmləri doktoru alimlik dərəcəsi üzrə doktorantdır.

Hazırda UNEC Biznes Məktəbində  “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasında dosentidir.

UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimidir (0.5).

xeberrrb40a17436afaqq1feee7a8bd14b2d90aztv_telim_281122

A.Hüseyn UNEC NEWS-da

UNEC-də beynəlxalq təcrübəyə əsaslanan “Soft skills” təlimləri uğurla başa çatıb (06.07.2022)