emek__ali_fotoi.e.n., dos. İsmayılzadə Əliağa Atxan oğlu

1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təssərüfatı İnstitutunun “Xalq təssərufatının planlaşdırması” fakültəsini əməyin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1979-1982- ci illər ərzində Rusiya Federasiyasının “Tatneft”və “KAMAZ” istehsal birliyində mühəndis vəzifələrində işləmiş və Sovet ordusunda hərbi xidmətdə olmuşdur.

1982-ci ilin oktyabr – 1983-ci ilin avqust aylarında Bakı şəhərində yerləşən “Bakıkondisioner” istehsalat birliyində sex ustası vəzifəsində çalışmışdır.

1983-ci ilin sentyabr ayında D.Buniyadzadə adına Azərbaycan Xalq Təssərüfatı İnstitunun aspiranturasının əyani şöbəsinə daxil olmuş və 1986-ci ilin iyul ayında oranı bitirmişdir.

27 noyabr 1987-ci ildə “Fərdi əmək məhsuldarlığının qiymətləndirilməsinin və ölçülməsinin dəyər göstəricilərinin təkmilləşdirilməsi” (Azərbayçan SSR-nin elektrotexnika sənayesini və neft maşınqayırma müəssisələrinin materialları əsasında) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır.

1986-1990-ci illərdə SSRİ-nin Dövlət Əmək Komitəsinin Əmək Elmi-Tədqiqat İnstitunun Azərbaycan filialında “Əməyin səmərəliliyi” şöbəsində baş və aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

1991-ci ilin sentyabrından 1998-ci ilin avqust ayına qədər Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

 

 

 

1996-1998-ci illərdə Amsterdam Universitetin MBA proqramını bitirmiş və Biznes inzibatçılığı üzrə sertifikat almışdır.

1999-cu ilin noyabr ayından – 2005-ci ilin may ayınadək İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

2005-ci ilin iyun ayında bu universitetin Təcrübə və işədüzəltmə şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2006-ci ilin oktyabrında “Təcrübə və işədüzəltmə” şöbəsinin müdiri vəzifəsindən azad edilməklə həmin kafedranın tam ştat dosenti vəzifəsinə keçirilmişdir.

2009-cu ilin dekabr ayında müsabiqədən keçdiyinə görə İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tətdqiqat İnstitunun Sosial inkişaf problemləri şöbəsinin 0,5 ştat əvəzçiliklə elmi işçisi vəzifəsinə təyin edilmişdir.

01.03.2011-ci ildə müsabiqədən keçərək “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti vəzifəsinə təyin edilmişdir.

1 dərs vəsaitinin, 62 məqalə və tezisin, 2 monoqrafiyanın müəllifıdir.

DSC_6278-001