vergi_ramiz_fotoi.e.n., dos. Məhərrəmov Ramiz Bulut oğlu

27 avqust 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1975-ci ildə orta məktəbi bitirmişdir.

1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.

1980-1984-cü illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (Azərbaycan Dövləq İqtisad Universiteti) təhsil almış və Maliyyə və kredit ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

1984-1988-ci illərdə AzSSR Dövlət Plan Komitəsi nəzdində Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik elmi işçi vəzifələrində çalışmışdır.
1988-1992-ci illərdə Moskva Maliyyə İnstitutunda (indiki Rusiya Federasiyası Hökuməti nəzdində Maliyyə Akademiyası) əyani təhsil üzrə aspiranturanı bitirmiş iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

 

*

1993-2001-ci illərdə Azərbaycan Universitetində baş müəllim, dosent, İqtisad və İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləmişdir.

2001-ci ilin sentyabrından Azərbaycan Dövlət İqtisad Universitetinin «Vergi və vergiqoyma» kafedrasında çalışır.
2007-ci ildən Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin rəisidir, eyni zamanda «Vergi və vergiqoyma» kafedrasının dosentidir.

3 dərsliyin, 1 dərs vəsaitinin, 1 monaqrafiyanın həmmüəllifi, 1 monaqrafiyanın, 5 metodiki vəsaitin, 50-dən çox məqalənin, 15-ə qədər tədris proqramının müəllifidir.
Bir sıra Beynəlxalq və respublika elmi-praktiki konfranslarında məruzələrlə çıxış etmişdir.

Evlidir, iki övladı var.