mark_sevinci.e.n., dos. Novruzova Sevinc Əzim

7 mart 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1985-1990-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakultəsini bitirmişdir.

1999-cu ildə Azərbaycan Respublikasının Əmək və Sosial problemlər İnstitutunun dissertantı olmuşdur.

2003-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

Komitə katibi, baş iqtisadçı, sektor müdiri vəzifələrində çalışmışdır.

*

1998-ci ildən İqtisad Universitetində müəllim, baş müəllim olmuşdur.

Hazırda “Marketinq” kafedrasının dosentidir.

Ailəlidir, iki övladı var.

*

Tədris etdiyi fənnlər:

Bakalavr pilləsində:  “Marketinq”, “Beynəlxalq marketinq”

MM-də: “Kiçik biznesdə marketinq”, “Ekoloji marketinq”, “Turizm marketinqi”