DSC_9653 - копияi.e.n., dos. Qarayev Azər İslam oğlu

1976-cı il iyulun 19-da Azərbaycan Respublikasının Qazax şəhərində anadan olmuşdur.

1992-ci ildə H.Cavid adına 132 N-li orta məktəbi bitirmişdir.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Maliyyə-kredit ixtisası üzrə bitirmiş və iqtisadçı peşəsinə yiyələnmişdir.

1999-cu ildə «Bazar münasibətlərinə keçid şəraitində aqrar-sənaye kompleksinin inkişafı və onun səmərəliliyinin yüksəldilməsində maliyyə münasibətlərinin rolu» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona iqtisad elmləri namizədi alimlik dərəcəsi vermişdir.

1997-2000-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi strukturunda işləmişdir.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

*

Hazırda UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

20-dən artıq elmi-metodik əsərin, o cümlədən 1 monoqrafiyanın müəllififdir.

azer_9653

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI