mark_eldari.e.n., dos. Quliyev Eldar Nadir

26 noyabr 1948-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonu, Candar kəndində müəllim ailəsində anadan olub.

Gürcüstan Respublikası, Marneuli şəhərinin 1 saylı rus məktəbini bitirmişdir.

1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət iqtisad Universiteti) qəbul olmuş və 1971-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Aspiranturanı bitirdikdən sonra 1989-cu ildə N.A.Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda 080006 şrifli ixtisas  üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

100-ə kimi elmi məqalənin, tədris  proqramının, metodik vəsaitin və tədris vəsaitinin müəllifidir.

Ailəlidir, dörd övladı var.

*Hazırda UNEC-in “Marketnq” kafedrasının dosentidir.

Tədris etdiyi fənnlər:

Bakalavr pilləsində:  “Marketinq”, “Strateji marketinq”, “Logistika”
MM-də: “Marketinqin müasir problemləri”, “Marketinq menecment”, “Marketinq logistikası”

Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:

1 .“Bölüşdürücü logistika”(magistr hazırlığı) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos. T.İ.İmanov)

2.“Beynəlxalq marketinq” (bakalavr)  AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos. L.A.Hacıyeva, i.f.d. X.S.Kərimli)