mal_bayram_fotoi.e.n., dos. Qurbanov Bayraməli Şükür oğlu

1952-ci ildə avqustun 6-da Qərbi Azərbaycan  Axta rayonunun Sölək kəndində anadan olmuşdur.

1969-cu ildə Göyçə mahalının Ardanış kənd (Erm. SSR,Krasnoselsk rayonu) orta məktəbini bitirərək  D.Bunyadzadə adına  Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (Azərbaycan Dövlət İqtisad Universiteti) qəbul olmuşdur.

1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

1974-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir.

1978-ci ilə qədər ticarət sistemində; 1982-ci ilə qədər sığorta sahəsində işləmişdir.

 

*

1982-1985-ci illərdə iqtisad Universitetinin “Maliyyə” kafedrasının aspirantı olmuşdur.

1986-1992-ci illərdə kafedranın baş laborantı, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.

2007-ci ildə “ Dövlət büdcəsinin xərclərinin formalaşdırılması problemləri” movzusunda  dissertasiya müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI