tic_meh_fotoi.e.n., dos.  Səmədova Mehriban Tofiq qızı

1968-ci il sentyabrın 30-da Bakı şəhərində anadan olmuşdur.

1985-1989-cu illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsində təhsil alıb.

1989-1992-ci illərdə Ticarət Nazirliyində işləmişdir.
1992-1996-ci illərdə Maliyə-Kredit Texnikumunda müəllimə işləmişdir.

2000-ci ildə namizədlik dissertasiya işini müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

 

*

1996-cı ildən «Ticarət və marketinq», sonradan «Ticarət» kafedrasında işləyib.
2017-ci ilə kimi “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosenti olub.

2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.

2 fənn proqramının,  1 dərs vəsaitinin, 1 dərsliyin həmmüəllifidir və 1 dərsliyin və 1 kitabın tərcüməsində iştirak etmişdir. 24 elmi məqalənin müəllifidir.