1969-cu il iyunun 23-də Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur.
1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitetinin) iqtisadiyyat fakültəsinə qəbul olmuşdur.
1991-ci ildə ali məktəbi qırmızı diplomla bitirmişdir.
1991-1994-cü illərdə Azərbaycan Kənd TəsərrüfatınınTəşkili və İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun məqsədli aspirantı olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik disertasiyası müdafiə etmişdir.
1995-ci ildə iqtisad elmləri namizədi adına layiq görülmüşdür. 1998-ci ildə dosent adı almışdır.
1994-2002-ci illərdə AzKTA-nın İqtisadiyyat fakültəsində çalışmışdır.
*
2002-ci ildən “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.
30-a qədər elmi metodik əsərin müəllifidir.
2003 – 01.02.2013-ci illərdə Maliyyə fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.
Ailəlidir, iki övladı var.
*