statistika_teymurova_vusalai.e.n., dos. Teymurova Vüsalə Eynulla qızı

1977-ci ildə Bakı şəhərində anadan olub.

1995-1999-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr təhsilini almışdır.

1999-2001-ci illərdə həmin ixtisasın magistraturasında təhsilini davam etdirmiş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ildən AR Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunda Statistika ixtisası üzrə dissertantı olmuşdur.

2007-ci ildə Statistika ixtisası “Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının büdcə gəlirlərinin formalaşmasının statistik öyrənilməsi və qiymətləndiriılməsı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

2003-cü ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin «Statistika» kafedrasında müəllim və baş müəllim vəzifəsində işləyib.

Hazırda UNEC-in “Statistika və ekonometrika” kafedrasının dosentidir.

 

 


Ümumi həcmi 30 çap vərəqi olan 18 ədəd elmi-metodiki işi dərc edilmişdir, o cumlədən 2 dərs vəsaiti: “Maliyyə və bank statistikası” (9 ç.v.) və magistr hazirligi ücün “Statistika” adlı dərs vəsaiti  birgə müəllifliklə (mənə aid olan hissə 10 ç.v.), 9 proqram və 8 elmi məqalə. “Biznes statistikası” adlı dərs vəsaitinin tərcüməsində iştirak etmiş və 3 proqram tərcümə etmişdir.

???????????????????????????????

UNEC tələbələri beynəlxalq olimpiadada qalib gəliblər (30.05.2017)