i.e.n. b/m. Məmmədova Nigar Oktay qızı

24 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1982-1992-ci illərdə orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialına qəbul olunmuş, 1997-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu bitirmişdir.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində  namizədlik dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1999-cu ildən Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunda əvvəlcə baş laborant, sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllim  vəzifələrində çalışmışdır.

 

*

Hazırda UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Ağsaqqallar Şurasının katibidir.

43  elmi  əsərin (11 tezis, 12 məqalə, 16 tipik proqram, 4 dərslik) müəllifidir.