“I UNEC Science Slam” – Rus İqtisadiyyat Məktəbinin qalibi müəyyənləşib

28 APREL 2017 | OXUNUB:
1146

“I UNEC Science Slam” müsabiqəsinin ilk mərhələsi – fakültə seçimləri davam edir.

Rus İqtisadiyyat Məktəbində müsabiqədə iştirak üçün altı tələbə mübarizə aparıb. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən mövzular barədə menecment, iqtisadiyyat, maliyyə ixtisaslarında təhsil alan tələbələrin elmi tədqiqatları maraqla qarşılanıb.

İradə Əkbər “Elektron kommersiya”, Aysel Abbasova “Ofşor və azad ticarət zonaları”, Günel Məmmədova “Turizmin inkişafında dövlətin rolu”, İlqar Aydınbəyov “İqtisadi nəzəriyyələr”, Dilarə Bağırova və Aytac Mirzəyeva “Ekoloji menecment”, İsa Qurbanov isə “Marksizm” mövzusunda tədqiqat işlərini təqdim ediblər.

Sonda “Science Slam”ın fomatına uyğun olaraq qalib tələbələrin alqışları əsasında müəyyən edilib. Alqışların səs diapazonu xüsusi avadanlıq vasitəsilə ölçülərək, Aysel Abbasova 94.4 DbL nəticə ilə müsabiqənin qalibi olub. O, final mərhələsində Rus İqtisadiyyat Məktəbini təmsil edəcək.

 

1147 1