anar_ibrahimov2305İbrahimov Anar Tofiq oğlu

e-mail: a.ibrahimov@unec.edu.az

2008-ci ildə Xocalı şəhər 1 saylı orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub və 2012-ci ildə bitirib. Müddətli həqiqi hərbi xidmət keçdikdən sonra UNEC Biznes Məktəbinin MBA Proqramında daxil olub və maliyyə ixtisası üzrə məzun olub.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə layihəsi çərçivəsində Portuqaliya Respublikasının Porto Universitetində Maliyyə ixtisası üzrə magistr təhsili alıb.

2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və biznesin idarə olunması” kafedrasının müəllimi, UNEC Biznes Məktəbində Proqram meneceri olaraq çalışmışdır. Hal-hazırda UNEC Biznes Məktəbində “menecment iqtisadiyyatı”, “korporativ maliyyə”, “beynəlxalq maliyyə” fənlərini və həmin universitetin Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) “Beynəlxalq iqtisadiyyat (ingilisdilli)” kafedrasının müəllimi olaraq “idarəetmə analizi və “maliyyə” fənlərini tədris edir.

Anar İbrahimov “Harvard Biznes Məktəbi”nin maliyyə və iqtisadiyyat sahəsinə aid 14-dən çox kitabını Azərbaycan dilinə tərcümə edib.

*

Hazırda UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimidir.

1 (5)1 (4)