Şöbə müdiri: Babayeva Səidə Məmməd qızı

Əlaqə tel: +(994) 12 492-81-60
.                +(994) 12 492-72-11

 

8828 1

Hərbi və xüsusi şöbə haqqında

Şöbə 1966-cı ildən, Azərbaycan Xalq Təsərrüfat İnstitutu (indiki UNEC) öz müstəqilliyini bərpa etdiyi dövrdən fəaliyyətdə olmuşdur. Şöbənin ilk rəisi Qədir Zamanov olub. O, 2008-ci ilə qədər bu vəzifəni icra etmişdir. Hazırda şöbəyə istefada olan polkovnik-leytenant Səidə Babayeva rəhbərlik edir.

Hərbi və xüsusi şöbə müvafiq dövlət orqanlarının yerlərdə filialı olaraq fəaliyyət göstərir, hüquq-mühafizə orqanları ilə lazımi xidməti yazışmalar aparır, professor-müəllim heyətinin və texniki əməkdaşların uçotunu, onların təsisini təşkil edir.

Şöbə çağırışçı tələbələrin üçotunu aparır, əyani şöbədə oxuyanların bronlaşdırılmasını təşkil edir, Respublika Hərbi Komissarlığı ilə çağırışçılar haqqında müntəzəm yazışmalar aparır. Şöbə, həmçinin universitetin təhlükəsizliyini, mühafizə-siqnalizasiya sisteminin təşkilini, binanın və avadanlıqların mühafizə edilməsini təşkil edir. Şöbənin fəaliyyətinə, həmçinin təsdiq olunmuş nomenklaturaya müvafiq olaraq, işçilərin məxfi məlumatlarla işləməyə buraxılmasını təşkil etmək, möhür və ştampların hazırlanmasına, qeydiyyatına, saxlanılmasına, verilməsinə, istifadə olunmasına və məhv edilməsinə nəzarət etmək və s. daxildir.

Hərbi və xüsusi şöbənin əsas vəzifələri:

1. Şöbə müvafiq dövlət orqanlarının yerlərdə filialı olaraq fəaliyyət göstərir.

2. ”Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq universitetdə dövlət sirri təşkil edən məlumatların mühafizəsinin və məxfi-rejim qaydalarını təmin edir.

3. Məxfi kargüzarlığın təşkilinin və mövcüd “Təlimata” müvafiq surətdə aparılmasını təmin edir.

4. Təsdiq olunmuş nomenklaturaya müvafiq olaraq, işçilərin məxfi məlumatlarla işləməyə buraxılmasını təşkil edir.

 

5. İşləyən hərbi mükəlləfiyyətlilərin və çağırışçı-tələbər haqqında müvafiq hesabatların hazırlanmasını tərtib edir.

6. Hüquq-mühafizə orqanları ilə lazımı xidməti yazışmalar aparır.

7. İşləyən hərbi mükəlləfiyyyətlilərin və çağırışçı-tələbələr haqqında müvafiq hesabatların hazırlanmasını tərtib edir.

8. Möhür və ştampların hazırlanmasına, qeydiyyatına, saxlanılmasına, verilməsinə, istifadə olunmasına və məhv edilməsinə nəzarət edir.

9. Azərbaycan Respublikasının Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon, idarə, şöbə və bölmələri ilə çağırışçı-tələbələr haqqında müntəzəm yazışmalar aparır.

10. Çağırışçı-tələbələrin qeydiyyatını aparır.

11. Bütün kurslarda əyani şöbədə oxuyan çağırışçı-tələbələr haqqında qeydiyyatda olan Azərbaycan Respublikasının Çağırış üzrə Dövlət Xidmətlərinə Forma-10 arayışlar göndərir.

12. Əyani və qiyabi şöbələrdə oxuyan tələbələrə Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon, idarə və şöbələrinə təqdim etmək üçün arayışlar verilir.

13. Universiteti bitirən tələbələrə diplomu əvəz edən arayışlar verilir.

14. Universitetdə təhsil alan tələbələrə və magistrlərə müvafiq ünvanlara (səfirliklər, miqrasiya xidməti, təhsil nazirliyi, müdafiə sosial fondu, hava yollarına və sair) arayışlar verilir.

15. İşləyənlərin və təxsislənmiş hərbi mükəlləfiyyətlilərin qeydiyyatı aparılır və ildə bir dəfə qeydiyyatda olan Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon, idarə və şöbələrinə qeydiyyatlarını tutuşdurmaq üçün onların hərbi uçot vərəqələri göndərilir.

*

Qəbul imtahanlarını uğurla başa vurub universitetimizdə təhsil almaq hüququ qazanmış çağırışçı-tələbələr universitetdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı universitetin tələb etdiyi sənədləri qəbul olduğu fakültəyə təqdim etməlidirlər. Əyani fakültəyə qəbul olunan çağırışçı-tələbələrə hərbi xidmətdən möhlət hüququ verilir. Universitetin Hərbi və xüsusi şöbəsi tərəfindən 4 il müddətində onların  qeydiyyatda olduqları SXHÇDX-nin bölmə,şöbə və idarələrə Forma-10 arayışı göndərilir. Yalnız təhsilini 4 il müddətində çağırışçı-tələbələr təhsil proqramları ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditkləri tam həcmdə toplaya bilmədikləri üçün təhsilin növbəti 5-ci ilinə keçirirlər. Təhsilinin 5-ci ilinə keçirilən və təhsilini davam etdirmək istəyən çağırışçı-tələbə oxuduğu fakültədən kredit borclarının olduğu haqqında arayış alaraq Hərbi və xüsusi şöbəyə təqdim etdikdən sonra ona qeydiyyatda olan SXHÇDX-nə Forma-10 arayışı verilir.

         Tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə, səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək; 

1.2. ailə vəziyyətinə görə – 2 il müddətinədək;

1.3. səhhətinə görə – həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

1.4. sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;

1.5. müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə – proqramda göstərilən müddətə.

  1. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Elm və TəhsilNazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə bu Qaydaların 2-ci bölməsinin müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Elm və TəhsilNazirliyində baxılır.

  Qəbul imtahanlarını uğurla başa vurub universitetimizin magistraturasında təhsil almaq hüququ qazanmış magistrantlar, Dövlət İmtahan Mərkəzinin elan etdiyi müddət ərzində universitetdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı universitetin tələb etdiyi sənədləri Qəbul komissiyasına təqdim etməlidirlər. Magistraturaya qəbul hərbi xidmətdən möhlət hüququ verir. Könüllülük əsasında hərbi xidmət keçmək istəyənlər təhsillərini  bir illik dondurmalı, hərbi xidmətə getdikdən sonra müvafiq arayışı oxuduğu yerə göndərməlidirlər. Bu arayış əsasında həmin magistrantlara hərbi xidmətdə olacaqları müddət ərzində universitetin əmrinə əsasən akademik möhlət verilir. Hərbi xidmətdən qayıtdıqdan sonra magistrantlar əsgərliyini başa vurması ilə bağlı müvafiq sənədləri (hərbi xidməti başa vurmaq haqqında arayışı və yaxud hərbi bileti) universitetdə qeydiyyatdan keçirərək, yenidən magistrantlar sırasına bərpa edilirlər.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna