İntellektual oyunların yeni mövsümünə start verilib

13 MART 2017 | OXUNUB:
880

UNEC-də yaz semestri üçün “Nə? Harada? Nə zaman?” intellektual yarışının açılışı olub.

UNEC-in Rus İqtisadiyyat Məktəbinin təşəbbüsü ilə həyata keçirilən turnirdə dekan müavini Anar Eyyubov tələbələri intellektual oyunun başqa bir növü – musiqili yarışma ilə tanış edib. Oyunda iştirakçılara yazılı suallar əvəzinə musiqi parçaları təqdim edib. Tələbələr həmin musiqinin hansı bədii filmdə səsləndirildiyini müəyyən etməli olublar. Musiqilər Azərbaycan, “Oskar” mükafatına layiq görülən, məhəbbət, uşaq, cizgi və sovet kinokomediya filmləri olmaqla, 6 qrupa bölünüb.

Gərgin və maraqlı keçən mübarizədə “Dinamit” komandası qalib gəlib. Qalib komandanın üzvlərinə klassik filmlərin DVD diskləri hədiyyə edilib.

881 2