İqtisadiyyat fakültəsində elmi seminar keçirilib

Aprelin 13-də UNEC-in İqtisadiyyat fakültəsində elmi seminar keçirilib. Seminar 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı UNEC- in tədbirlər planına əsasən təşkil edilib.

Fakültə dekanı, dosent Asiman Quliyev 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin zamanın tələbinə cavab verən mühüm addım olduğunu qeyd edərək, islam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, islam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması və islamafobiyanın qarşısının alınması baxımından bu ilin ölkəmiz və bütün islam dünyası üçün uğurlu olacağına diqqət çəkib.

Seminarda “Humanitar fənlər” kafedrasının baş müəllimi, fəls.ü.f.d. Leyla Nəzirzadə “İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzadə islam mədəniyyətinin və sivilizasiyasının formalaşması, onun bəşər tarixində yeri və bu mədəniyyətə Azərbaycan xalqının verdiyi töhfələr haqqında geniş məlumat verilib.

Seminar fakültənin dekan müavini, dosent M.Əliyevin, “Beynəlxəlq münasibətlər” kafedrasının müdiri, dosent. R.Qurbanovun, baş müəllim A.Seyidovanın və tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib. Sonda 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi haqqında videoçarx nümayiş etdirilib.

*

*

DSC_0002 DSC_0003 DSC_0007 DSC_0008  DSC_0013 DSC_0014