İskəndərov Anar Hüseyn oğlu

1972-ci ildə Bakı şəhərində anadan olub.

1992-1996-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq texnikumunda Rəssamlıq ixtisası üzrə təhsil alıb.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində Rəssamlıq fakültəsində (Qrafika ixtisası) təhsil alıb.
2002-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistratura pilləsini bitirib.

2002-2010-cu illərdə F.Əmirov adına 6 saylı Uşaq İncəsənət Məktəbinin Rəsm və Rəngkarlıq şöbəsində Rəssamlıq ixtisası üzrə müəllim kimi fəaliyyət göstərib.

2012-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasının müəllimidir.