IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı: “UNEC tələbəsi olmağımla fəxr edirəm”

12 YANVAR 2018 | OXUNUB:
1099

DSC_6190UNEC-in rektoru, professor Ədalət Muradov Türk Dünyası İşlətmə fakültəsinin II kurs tələbəsi Fəridə Əliyeva liə görüşüb.

UNEC tələbəsinin idmanda əldə etdiyi uğurlarını yüksək qiymətləndirən rektor, ölkəmizi dünya idman arenasında layiqincə təmsil etdiyi üçün bütün UNEC ailəsinin onunla qürur duyduğunu ifadə edib. Ə.Muradov Fəridənin imtahanlara hazırlığı ilə də maraqlanıb. Göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən F.Əliyeva məşq və yarışlarda iştirakla yanaşı, dərslərinə və imtahanlara da məsuliyyətlə hazırlaşdığını qeyd edib. O, UNEC tələbəsi olmağı ilə fəxr etdiyini bildirib.

UNEC-dən Fəridəyə Azərbaycan bayrağını yüksəklərə qaldıması üçün hər zaman dəstək göstəriləyəciyini vurğulayan Ədalət Muradov və tələblərlə iş üzrə prorektor, dosent Səadət Qəndilova ona idman karyerasında yeni-yeni uğurlar və imtahanlarda müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, F.Əliyeva idmanın karate-do növü uzrə məşğul olur. O, 2013-ci ildə keçirilən dünya çempionatında bürünc medala, ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında isə karatenin kumite yarışlarında gümüş medala layiq görülüb. UNEC-in tələbəsi ötən ilin oktyabr ayında İspaniyada keçirilən dünya çempionatında üçüncü yerə layiq görülərək beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirib.

1100 1