hasimov_xaliq_fotok.e.n., dos. Həşimov Xalıq Məmməd oğlu

1949-cu il dekabr ayının 10-da Göyçay şəhərində
anadan olub.

1956-1966-cı illərdə Göyçay şəhərində orta məktəbdə təhsil alıb.

1970-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1970-1972-ci illərdə Göyçay şəhər 2 №-li məktəbdə kimya müəllimi işləyib. 1973-1974-cü illərdə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mühəndis vəzifəsində çalışıb.

1973-1974-cü illərdə N saylı hərbi hissədə qulluq edib.

1974-1991-ci illərdə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi vəzifəsində çalışıb.

 

 

*

1986-cı ildə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namiəzdlik dissertasiyasını müdafiə edib. Kimya elmləri namizədidir.

1991-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunu Bakı filialında laboratoriya müdirı işləyib.

1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda laboratoriya müdiri, asissent və dosent vəzifəsində çalışıb.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və kimya” kafedrasının dosentidir.

Üç övladı, nəvələri var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI