Karyera Mərkəzi təqdim edir: “Ardı var”

29 APREL 2016 | OXUNUB:
481

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Fəsil 8. Elan edilmiş vakansiyalar

Fəsil 9. Ardı var 

Siz ideal iş tapmısınız. O işin sizə uyğun olduğunu bilirsiniz. Elanda göstərilən müəyyən bacarıq və şəxsi keyfiyyətlərin sizdə olduğundan əminsiniz. Bacarıqlarınızın qeyd olunduğu tərcümeyi-halı hazırlamış və üç-dörd əsas keyfiyyətinizi göstərən müşaiyət məktubunu yazmısınız. Bəs idi nə etməlisiniz?

Tərcümeyi-hal göndərildikdənsonra ediləcək telefon zəngi

Həttaişədüzəlmə prosesində səhv buraxmaq mümkündür. Sizin əla tərcümeyi-halınız ola bilər vəvəzifəyə ideal namizəd ola bilərsiniz. Lakin bir anda hansı səbəbdənsə “nəzərdən qaçırsınız”. Sizin məktubunuz lazım olan stolun üstünə qoyulmamış,daxili poçtda itmiş və ya oxunmamışdır, çünki, seçim üzrə mütəxəssis onu tam gözdən keçirmədən, səhvən rədd cavabı verilmiş tərcümeyi-halların içərisinə qoymuşdur. Faciə!!!

İndi isə kasseti geri çevirin. Siz bu işə uyğun olduğunuzu bilir və müsahibəyə dəvət olunacağınıza ümid edirsiniz. Lakin hər şeyi təsadüflərin ixtiyarına buraxmaq lazım deyil. Sizin edə biləcəyiniz şey tərcümeyi-halı göndərdikdən sonra mütəxəssisə zəng etməkdir. Lakin bunu müsahibəyə dəvət ediləcək şəxslərin siyahısı tam təsiq olunmamış etmək lazım gələcəkdir.

Bu fəndin bir neçə üstünlüyü var. İlk olaraq siz kiminsə işi korlamağına görə (istər məktubların çatdırılması xidməti və ya məsləhətçinin) “ideal” işi əldən buraxmış olmayacaqsınız. İkincisi isə zəng sizə diqqət yetirilməsi üçün əlavə imkandır.

Telefon zəngini planlaşdırın

Edəcəyiniz telefon zəngini vaxtı müəyyən edilməklə diqqətlə planlaşdırılması vacibdir. Əsas məqsəd sizin seçdiyiniz işin seçim mərhələsinə birbaşa məsul olan şəxslə danışmaqdır. Buna görə də telefon zəngi üçün elə bir vaxt seçmək lazımdır ki, birbaşa olaraq lazım olan şəxslə danışmaq imkanınız yaransın. Tutaq ki, elan işədüzəltmə şirkəti tərəfindən verilmişdir. Belə olduğu təqdirdə məsləhətçilər çox çalışırlar ki, qeydiyyatçılar, şəxsi köməkçilər və katibələr vasitəsi ilə güclü “müdafiə”ni təmin etməyə çalışırlar ki, iş günü ərzində daxil olan bütün zəngləri ələ keçirə bilsinlər.

Məsləhət

Sizə köməkçi ilə deyil, birbaşa seçim aparan məsul şəxslə danışmağınız vacibdir. Bu isə o deməkdir ki, zəng üçün siz iş vaxtından kənar saatları seçməlsiniz. Əgər siz səhər saat 830-dək və ya iş gününün sonu 1800-dan sonra zəng vurmuş olsanız məsul olan mütəxəssislə şəxsən danışa bilərsiniz.

İndi isə fərz edək ki, siz atacağınız addımları planlaşdırdınız və iş gününün sonunda mütəxəssisə zəng vurdunuz. Siz məqsədinizə çatdınız, bəs sonra? Əgər danışacağınız şeylərə hazırlaşmasanız telefonda özünüzü pis tərəfdən göstərib şansınızı azaltmış olacaqsınız. Bu zaman uğurlu iş axtarışının əsas qaydası qüvvəyə minmiş olur: hazır olduğunuza əmin olun!!!

Bu zəngi üç dəqiqəlik müsahibə hesab edin. Üç dəqiqəni qazanmaqla siz özünüzü təqdim edib və əmin olmalısınız ki, sizin tərcümeyi-halınız müsahibəyə seçilmişlərin arasında olacaqdır.

Belə etmək olmaz

Çalışın ki, elan edilmiş vakansiyaya görə işəgötürmə mütəxəssisinə zəng etmiş bir namizədin buraxdığı faciəvi bir səhvə siz də yol verməyəsiniz. Yəqin ki, bu şəxs etdiyi zəngin məqsədi haqqında düşünməmişdir.

 

  • Mən Ceff Qrautla danışa bilərəm?
  • .mmm.. Mən BigCo şirkətində maliyyə meneceri vakansiyası ilə əlaqədar zəng edirəm. Mənə bu haqda bir qədər məlumat verə bilərsinizmi?
  • Sizə nə haqda məlumat lazımdır?
  • Maliyyə meneceri kimə tabedir?
  • Siz bunu bizim elandan başa düşməli idiniz ki, maliyyə meneceri maliyyə direktoruna tabedir.
  • Bəli, bəli. Bəs təşkilat harada yerləşir?
  • Baş ofis Surreydə, distribyutor mərkəzi isə Birminhemdə yerləşir. Zənn edirəm ki, bunu da elanda görməli idiniz.
  • Doğrudur. Bəs əmək haqqı və güzəştlər haqqında nə deyə bilərsiniz?
  • Bunu da elanda qeyd etmişik ki, bu əvvəlcədən danışılır və illik 45 000 funt təşkil edir.
  • Yaxşı. Çox sağ olun.
  • Problem yoxdur.

(Söhbətin sonu.)

Əslində isə bu problem idi. Namizəd, verilən informasiyanı dərk etməyən insan təsiri bağışladı. O, müəyyən bir təsir bağışladı. Lakin elə bir təsir ki, tam zəmanətlə demək olar ki, onun adı müsahibə üçün seçilmişlər arasında olmayacaqdır. Onun tərcümeyi-halı zibil qutusuna göndərildi.

Necə etmək lazımdır

Beləliklə, zəngi necə etmək lazımdır? Tərcümeyi-halınızla birlikdə göndərdiyiniz müşaiyət məktubunu xatırlayın. Məktubda üç-dörd keyfiyyətiniz qeyd olunmuşdur. Telefon danışığında da eyni şeyləri etmək, lakin bu keyfiyyətlərdən birini müəyyən edərək onun üzərində durmaq lazım gələcəkdir. Sizin diqqətlə düşünməyiniz vacibdir ki, əsas təcrübəniz olan bu xasiyyətnamə müsahibəyə seçilmiş namizəd kimi faydalı olsun. Gəlin bu telefon oyununu bir daha oynayaq:

 

  • Mən Ceff Qrautla danışa bilərəm?
  • Salam Ceff. Bağışlayın ki, iş gününün sonunda sizi narahat edirəm.
  • Problem yoxdur. Sizə nə köməklil edə bilərəm?
  • Bilirəm ki, sizə “BigCo” şirkətində maliyyə meneceri vəzifəsi vakansiyasına görə çox sayda müraciət edilir.
  • Bəli, müraciət çoxdur.
  • Mən sizə ona görə zəng edirəm ki, çünki, əminəm ki, əldə etdiyim təcrübə bu vakansiyaya birabaşa olaraq uyğundur.
  • Aydındır. Niyə görə?
  • Elandan öyrəndim ki, bu vəzifəyə mühasibat sisteminin tətbiqi ilə məşğul olmuş şəxs lazımdır. İndiki işlədiyim şirkətdə bu yaxınlarda regional nümayəndəliklər üçün yeni hesablar planının yaradılması işləri başa çatmışdır. Mən proqram təminatının seçimində, daha sonra isə informasiya texnologiyaları şöbəsi ilə vaxtı razılaşdırılmaqla onun idarə edilməsi prosesinin tətbiqində iştirak etmişəm. Hətta mən tədbir gördüm ki, maliyyə komandasının fəaliyyəti sistemin tətbiqi zamanı da davam etsin. Bundan başqa sistemə bir neçə yenin ixtisaslaşmış əlavələrin də hazırlanmasını təmin etdim ki, onlardan biri bizim distribusiya işinin idarə ediməsi haqqında daha aktual informasiyanın alınmasına imkan yaratdı. Bundan sonra biz çatdırılma sürətini 20% artırmış olduq.
  • Bu maraqlıdır. Ona görə ki, mənim müştərim öz distribusiyasının effektivliyini artırmaq niyyətindədir. Qulaq asın, mənim indi danışmaq üçün vaxtım yoxdur. Lakin adınızı bir daha söyləyin. Siz artıq anketinizi göndərmisinizmi?
  • Bəli. Mənim adım Piter Boltondur.
  • Çox yaxşı. Mən sizin məlumatların bizdə olub-olmadığını yoxlayacam və tərcümeyi-halınıza baxacam. Lakin ilk baxışdan siz son dərəcə bu vəzifəyə uyğun olan şəxs olmalısınız. Biz tezliklə müsahibə təşkil edəcəyik. Buna görə də əmin olun ki, biz sizinlə növbəti bir həftə ərzində əlaqə saxlayacayıq. Əgər 10 gün ərzində bir xəbər olmasa, zəhmət olmazsa bizə bir daha zəng vurun.
  • Çox gözəl Ceff. Mənə vaxt ayırdığınıza görə təşəkkür edirəm. (Söhbətin sonu.)

İşədüzəltmə üzrə mütəxəssis vaxtının bu şəkildə sərf edilməsinə etiraz etmir. Bu zəng onu əmin etdi ki, yüksək əzmkarlıqla, potensial iş axtaran uyğun namizəd vardır. Bu həmçinin fikirlərini yaxşı izah edən namizəddir. Tərcümeyi-hal, bu namizəddən imtina etmək üçün səbəb ola biləcək bəzi çatışmamazlıqlar qısa olaraq nəzərdən keçirildikdən sonra dərhal müsahibə üçün seçilmişlərin sırasına daxil edilir.

Əgər bu zəngi etmək qərarına gəldinizsə, siz həmçinin işlə əlaqədar elanda toxunulmayan məsələlər haqqında bir-iki maraqlı suallar hazırlamağınız vacibdir. Bu sizin vəzifə və sahə haqqında dərin biliklərin olduğunun nümayiş etdirilməsidir. Bu şöbədə istifadə edilən kompüter sistemi, tabe olacaq şəxslərin sayı, ezamiyyət imkanları və ya marketinq qərarlarının verilməsinə dair suallar ola bilər. Çalışın elə suallar fikirləşəsiniz ki, bu sizin əldə etdiyiniz təcrübə ilə əlaqədar olsun. Məsələn, əgər siz bu vəzifədə marketinq qərarlarının verilməsi imkanları haqqında sual verəcəksinizsə, söhbətə bir müddət əvvəl yeni reklam kampaniyasının büdcəsini hazırladığınızı və bu kampaniya nəticəsində irəlilədiləcək məhsulların seçimində köməklik etdiyinizə dair faktları qeyd etməlisiniz. Hər şeydən əvvəl mütəxəssisdə maraq oyatmağa çalışın. Sizə adınızın yadda saxlanılması və tərcümeyi-halınızın digərlərinin arasından seçilməsi lazımdır.

Müşahidənin nəticələri

Hər hansı vakansiyaya namizədliyinizi irəli sürərkən əsas məlumatların qeyd edilməsi və nəticələrin müşahidə edilməsinin bir mənası vardır. Məsələn, hər dəfə vakansiyaya müraciət edərkən aşağıdakıların surətini saxlamaq lazımdır:

  • iş haqqında elanın;
  • sizin tərtib etdiyiniz tərcümey-halınızın;
  • müşaiyət məktubunuzun.

Əgər eyni anda bir neçə vakansiyaya müraciət edirsinizsə, hər müraciət etdiyiniz iş üçün qeyd etdiyiniz əsas keyfiyyətləriniz sizi çaşdıra bilər. Müsahibədən əvvəl əsas detalları xatırlamaq üçün bəzi məlumatları götürmək vacibdir.

Məsləhət

Müraciət zamanı proseslərin necə inkişaf etdiyinə dair qısa qeydlərinizin  iş elanının surətinə əlavə edilməsinə ehtiyac vardır.

Məsələn, əgər siz müraciətinizi göndərdikdən sonra mütəxəssisə zəng etmisinizsə bu zəngin detalları haqqında qeydlərinizi aparın: kiminlə nə haqda danışmısınız, vəzifə və işçi seçimi prosesi haqqında istənilən informasiya və bundan sonra atacağınız vacib addımların nə olduğuna qeydlər. Müsahibəyə gələrkən seçimi apan şəxslərin adları və onlar haqqında informasiyanı qeyd edin ki, bu məlumatlar daha sonra sizə lazım gələcəkdir.

Rədd cavabına dözmək

Əgər siz “ideal” iş axtarır və qarşınızda karyera məqsədləri qurursunuzsa, böyük ehtimalla bu işədüzəlmə səyahətində imtina rastlaşacaqsınız. Əgər siz uzunmüddət işləmirsinizsə, imtina xüsusi ilə pis təsir göstərir. Hər aldığınız rədd cavabı sizin qətiyyətinizi qıra bilər. 4-cü bölmədə biz iş axtarışında mənəvi ruhun saxlanılması üsullarından bəhs etmişdik. Ununtmayın, məqsədlərə çatmaq üçün diqqətinizi səfərbər etməyə çalışmalısınız. Növbəti müraciətinizdə isə hədəfi vura bilərsiniz.

Əks əlaqədən maksimal faydanın götürülməsi

İş axtarışında yadda saxlamaq lazımdır ki, bir çox hallarda göndərdiyiniz tərcümeyi-hallar sizi işə gətirib çıxarmayacaqdır. Bu normal və gözlənilən bir haldır. Bu sizi narahat etməməlidir. Siz elə etməlisiniz ki, tərcümeyi-halınız lazım olan vaxt, lazım olan təşkilata və lazım olan insana çatsın.

Məsləhət

Tutaq ki, siz tərcümeyi-halınızı göndərmisiniz və on gün ərzində cavab almamasınız. Siz elan edilmiş vakansiyaya müraciət etdiyinz kimi, tərcümeyi-halı göndərdikdən sonra telefon zəngi etməlisiniz.

Əvvəlcədən qeyd etdiyimiz kimi, telefon dəstəyinə əl atmazdan əvvəl danışığa hazır olmalısınız. Sizin təşkilat haqqında və hansı faydanı verə biləcəyinizə dair dəqiq təsəvvürünuz olmalıdır. Çünki, bütün bunları bilmək təşəbbüs məktubunu üzə çıxarır. Sizin məqsədiniz tərcümeyi-halınızın çatdığından əmin olamq, mövcudluğunuzu xatırlatmaq və telefon vasitəsi ilə bəzi qarşılıqlı əlaqələr qurmaqdır.

Sizin alacağınız cavab o ola bilər ki, hal-hazırda bu təşkilatda sizə münasib olan bir iş yoxdur. Bu anda telefon dəstəyini asmaq lazım deyil. Siz söhbətinizi bir qədər də davam etdirməklə bəzi faydalı məlumatlar əldə edə bilərsiniz:

  • siz tərcümeyi-halınıza dair müəyyən şərhlərin edilməsini xahiş edə bilər və oraya əlavə edilmək üçün faydalı məlumatlar əldə edilməsinə çalışa bilərsiniz;
  • gələcəkdə sizin üçün uyğun ola biləcək vakansiyaların mümkünlüyü barədə soruşmaq;
  • danışdığınız insandan təşkilatda və ya onun xaricində sizin peşəkar təcrübənizdə maraqlı ola biləcək şəxsləri tanıyıb-tanımadığını soruşa bilərsiniz.

Unutmayın ki, nəzakətlə sual verməklə özünüzə heç bir xələl gətirməyəcəksiniz. İdeal variantda isə bu söhbətdən kiminləsə əlaqə qurmaq üçün yeni bir ad və telefonun öyrənilməsinə çalışmaq lazımdır.

Müsahibə: səhvlərinizdən nəticə çıxarın

Təsəvvür edək ki, elan edilmiş vakansiyaya görə edilmiş təşəbbüs müraciəti sizi arzu etdiyiniz müsahibəyə gətirib çıxarmışdır. Fantastika!!!

Lakin bundan sonra sizi ikinci mərhələyə dəvət etmədilər. Ya da ki, siz son siyahıya düşməyi bacarsanızda nəticədə iş təklifi almadınız.

İstər-istəməz məyusluq hiss edər, hətta inciyə bilərsiniz. Bu normaldır, lakin faydasızdır. Baş verənlərə elə bir münasibət bəsləmək lazımdır ki, uğursuz müsahibəyə, gələcəkdə keçəcəyiniz müsahibə üçün əldə edilmiş təcrübə kimi baxmaq lazımdır.

Məsləhət

Əldə etdiyiniz təcrübədən maksimal şəkildə istifadə etmək üçün müsahibədən sonra sizin haqqında rəy verilməsi üçün məktub yaza və ya zəng edə bilərsiniz. Sizin hansı zəif cəhətləriniz müəyyən edilmişdir? Güclü cəhətləriniz hansılardır? Bu sizin növbəti dəfə istifadə etməyiniz üçün ən faydalı informasiya olacaqdır.

Hər nə qədər siz təcrübənizin üzərində öyrənmək istəyirsinizsə, gələcəkdə bir o qədər “ideal” iş tapmaq şansınız yüksəlir.

Həmin işəgötürənlə yeni əlaqənin qurulması

Vəziyyətdən asılı olaraq üç-altı aydan sonra təkrar olaraq həmin təşkilata müraciət etməniz mümkündür. Əgər siz namizədlər siyahısına düşə bilmisinizsə və özünüzü yekun müsahibədə özünüzü yaxşı göstərmisinizsə, ozaman əmin ola bilərsiniz ki, təşkilatın sizin təklifinizdən xoşu gəlmişdir.

Məsləhət

Bir neçə aydan sonra eyni işəgötürənə müraciət etmək həm ona, həm də sizə faydalı ola bilər. Ola bilər ki, iş təklif edilmiş ilk namizəd sınaq müddətindən uğurla çıxmamışdır və işdən çıxarılmanın astanasındadır. Ola da bilər ki, şöbədə vəzifə yüksəlişinə ümid etmiş və son anda fikrindən daşınaraq işdən çıxmaq istəyir. Bu sizin tuta biləcəyiniz vəzifə ola bilər.

Sizin telefon zənginiz və ya məktubunuz təşkilatı yenidən işəgötürmə prosesindən azad etmiş olacaqdır. Təşkilat həm vaxtına qənaət etmiş olacaq, həm də problemlərdən azad olacaqdır. Siz isə öz növbənizdə karyeranızın yüksəlməsinə imkan yaratmış olacaqsınız.

Nəticələr

  • Əgər sizin tərcümeyi-halınız səhvən unudulubsa, tərcümeyi-halnızı göndərdikdən sonra edəcəyiniz zəng sizi iş axtarışında baş verə biləcək faciədən qaçmağa kömək edəcəkdir.
  • Əgər siz mütəxəssisdə xoş təəssürat yarada bilsəniz, müsahibəyə dəvət edilmə şansınız yüksələcəkdir.
  • Təəssürat yaratmaq üçün danışığa hazır olmaq və işə aidiyyatı olan bir keyfiyyətinizin üzərində durmaq lazım gələcəkdir.
  • İş elanında cavabları olan suallar verməyin.
  • Bilik və bacarıqlarınızı nümayiş etdirən aydın suallar verin.
  • Telefon danışığınızın və müsahibənin bütün təfsilatı daxil olmaqla prosesin inkişafı gedişini qeyd edin.
  • Rədd cavabı aldıqda ruhdan düşməyin.
  • Tərcümeyi-halınız müsahibəyə yol açmırsa, səbəbini müəyyən etməyə çalışın.
  • Başqa mümkün vakansiyalar haqqında məlumat almaq üçün belə telefon zənglərindən istifadə etməyə çalışın.
  • Əgər müsahibə nəticəsində arzu etdiyiniz işi əldə etməmisinizsə, təşkilata yazaraq özünüzü necə göstərdiyinizə dair rəy verilməsini xahiş edin.
  • Səhvlərinizin üzərində nə qədər tez öyrənsəniz, bir o qədər öz “ideal” işinizi tapmağa nail olacaqsınız.
  • Əgər siz yekun müsahibədə uğura yaxın olduğunuzu hesab edirdinizsə, bir neçə aydan sonra təşkilatla əlaqə qurun. Şərait dəyişir və böyük ehtimalla növbəti dəfə sizin xidmətlərə tələb olacaqdır.
482 1