Karyera Mərkəzi təqdim edir: “Elan edilmiş vakansiyalar”

22 APREL 2016 | OXUNUB:
1348

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Fəsil 8. Elan edilmiş vakansiyalar

 

Vakansiya yeni iş axtarmanın məlum mənbələrindən biri kimi hesab olunur. İndi gəlin baxaq, bu şansı öz xeyrinizə necə artıra və səmərəli edə bilərsiniz?

Mətbuat

İşelanlarının qəzetdə yerləşdirilmə metodu dünyada işə qəbulun geniş yayılmış üsullarından biri kimi hesab olunur. Rəhbər vəzifə də daxil olmaqla bütün vəzifələr  ABŞ-da  qəzetlərin tematik elan bölməsində yerləşdirilir. Böyük Britaniyada tematik bölmələrdə adətən nisbətən aşağı səviyyəli vakansiyalar göstərilir, idarəetmə vəzifələri isə iri formatlı modul elan şəklində verilir.

İstənilən halda, belə elanları nəzərdən keçirən zaman siz, iş təklif edənlərin hal-hazırkı yenilikləri və əmək bazarının cari tələbatlarının vəziyyəti ilə tanış ola bilərsiniz. Bəxtiniz gətirsə, burada istədiyiniz uyğun vakansiyanı tapa bilərsiniz.

Əksər ölkələrin milli qəzetlərində iş elanlarına xüsusi səhifə ayrılır. Bəzən belə elanların mövzusu həmin gün çap edilmiş əlavənin mövzusu ilə bağlı olur.  Bəzi qəzetlərdə hər hansı sahəyə və ya iş tipinə istiqamətlənərək hər gün mövzular dəyişilir. Məsələn, Guardian qəzeti bazar ertəsi günləri KİV və yaradıcılıq işləri haqqında yazarkən, ayrı bir bölmədə bu sahədə olan vakansiyaları da qeyd edir. Financial Times qəzeti ikinci günlər mühasibat işi ilə bağlı məlumatlarla bərabər maliyyə sahəsində iş elanları barədə də məlumatlar yerləşdirir.

Müəyyən sahə ilə məşğul olan və ya ixtisaslaşmış qəzetlər də iş elanlarının çox qiymətli mənbəyi kimi  hesab olunur. Peşəkar şirkətlərin gündəlik qəzetləri və jurnallarında da iş elanları olur. Özünüzə bu buraxılışları gündəlik gözdən keçirmə vərdişini aşılayın.

Indi isə əsas əfsanəni dağıdaq. Bir çox insanlar belə hesab edirlər ki, milli qəzetlərdə, məsələn Financial Times qəzetində verilən iş elanlarına cavab vermək düzgün deyil, çünki burda axın çox olur.

Yalandır!

Əksər elanlar, məsələn Financial Times-a orta hesabla 100 müraciət gəlir ki, bu da  hər zaman eyni olmur. Ixtisaslaşmış mətbuatda və ya maliyyə qəzetlərində adətən vakansiyaya müraciət edənlərin sayı nisbətən az olur. Ümumilikdə təcrübə göstərir ki, əmək haqqı yüksək göstərilən iş elanlarına cavab verənlərin sayı  digərlərinə nisbətən daha çox olur.

İş haqqında istənilən elanın mahiyyətindən asılı olmayaraq bir çox insanlar elə hesab edirlər ki, bu elana o qədər cavab gələcək ki, onların heç şansları yoxdur və onlar vakansiyaya reaksiya vermək cəhdi belə göstərmirlər. Beləliklə də, onlar işə götürülmə imkanından özlərini məhrum edirlər.

İş haqqında internet-saytlar

Internet dünyası yaşayış sahəsinin bütün sahələrinə nüfuz etməyə davam edir. İş axtarma sahəsi də istisna deyil. Hal-hazırda internet-saytları vakansiyanın qiymətli mənbəyi kimi hesab olunur.

Bu əsasən yüksək texnologiyalara əsaslanan sahələrə aiddir. Əgər siz, informasiya texnologiyaları üzrə məsləhətçisinizsə və ya proqramçısınızsa veb-saytlara daxil olmamaqla peşəkar imkanlardan özünüzü məhrum edə bilərsiniz. Hətta, informasiya texnologiyaları ilə bağlı olmayan elanlar belə  veb-saytlarda geniş təqdim olunur.

İş haqqında 3 əsas internet-sayt növləri var:

  • Veb-saytlar, ənənəvi işə düzəltmə agentlikləri tərəfindən idarə olunur.
  • Universal saytlar, qəzetlərin tematik elanlarının analoqudur;
  • İşlə bağlı ayrı-ayrı sahələri əhatə edən daha ixtisaslaşmış veb-saytlar;

Ənənəvi agentliklər

Ənənəvi işədüzəltmə agentliklərin veb-saytlarında hal-hazırkı zamanda ehtiyac duyulan iş elanlarını yerləşdirirlər. Bu saytları gündəlik ziyarət edərkən əmək bazarının cari tələbatı ilə də tanış ola bilərsiniz.

Lakin, kompütersiz üsul hesab edilən bir neçə kadr agentliklərindən istədiyiniz  məlumatları alacağınız kimi, əmək bazarının tələbatlarını tam qavramaq üçün bir neçə iş saytlarına girmək məsləhətdir.

İş haqqında universal saytlar

Müxtəlif sahələrdə iş axtaran namizədlər üçün elə universal internet-saytları var ki, monitoru tərk etmədən onlara geniş imkanlar açır. (monster.com, stepstone.com və ya gojobsite.com kimi saytlar buna nümunədir)

Digər tərəfdən, siz dəqiq iş sahənizi müəyyən etdikdən sonra əmin olmalısınız ki sizin axtarış sisteminiz tələbatlarınıza uyğun köklənmişdir. İstədiyiniz iş elanların siyahısı çıxmayanda bu məşğuliyyət sizə mənasız görsənir.

İxtisaslaşmış saytlar 

İşlə bağlı üçüncü internet sayt tipi daha çox ixtisaslaşmış şirkətlər tərəfindən təqdim edilən, ixtisaslaşmış istehsal şirkətləri daxilində işədüzəltmə üzrə konsultasiya şirkətləri tərəfindən birgə yaradılmış saytlardır.

Jobsfinancial.com adlı ixtisaslaşmış saytın rəhbəri və əsasını qoymuş Alan Dikenson öz ideyasını belə izah edir:

Biz əmək bazarında mühasibat uçotu sahəsində ixtisaslaşmışıq ki, bu da kifayət qədər bizə xas hesab olunur. Bizə müraciət edən bütün kadr agentliklərinə öz elan yerlərimizi onlara ödənişli təqdim edirik. Bu o deməkdir ki, universal saytlardan fərqli olaraq daha az vakansiya sayımız var, lakin bütün bu vakansiyalar ancaq mühasibat uçotu vəzifələrini əhatə edir. Ayrı-ayrı konsultativ veb-saytları ziyarət etməkdənsə namizədlərə daha asan olardi ki, bütün vakansiyalara bir portal vasitəsilə baxsınlar. Bu üsul daha məqsədyönldür. 

Onlayn rejimin üstünlükləri

Internet-saytlarda iş axtaran namizədlər üçün iş axtarma prosesi son dərəcə səmərəli şəkildə vaxt sərf etməkdir. Siz kifayət qədər əmək bazarının tələbləri ilə, mümkün vakansiyaların növləri və tələbolunan yeniliklərlə yaxından tanış ola bilərsiniz.  Internetə çıxışınız olduğu təqdirdə istənilən zaman, sizə lazım olan tezlikdə iş axtarışı apara bilərsiniz, həmçinin istədiyiniz qədər bu prosesi ləngidə və ya tezləşdirə bilərsiniz. Ən əsası odur ki,  bunu özünüz haqqında məxfi məlumatları orda yerləşdirmədən də edə bilərsiniz.

Hamıya məlumdur ki, zamanla ayaqlaşmaq üçün yeni yaranan işədüzəltmə internet-saytları ilə mütamadi olaraq maraqlanmalıyıq. Bəzən təsadüfi axtarışlar etmək lazım gəlir ki, əvvəllər görmədiyiniz saytları özünüz üçün aşkara çıxarasınız.  İşlə bağlı iri universal saytlar namizədlər üçün milli televiziyada reklam kompaniyaları və ya elan lövhələri təşkil edirlər. Az miqdarda ixtisaslaşmış təşkilatalar, ixtisaslaşmış qəzetlərdə və ya ixtisaslaşmış mətbuatda elan verirlər, bu da sizə maraqlandıran nəşrləri tapmanıza imkan verir. Bundan başqa siz həmçinin, “İşədüzəltmə üzrə onlayn peşəkar assosassiya”nınveb-saytına da baxa bilərsiniz.

Korporativ veb-saytlar

Ayrı-ayrı korporativ veb-saytlar təşkilatların cari iş elanları barədə informasiyalarına malikdirlər. Əgər siz üstünlük verdiyiniz şirkətləri özünüz üçün  müəyyən etmisinizsə və onların arasında iri şirkətlər varsa, onda onların saytların daxil olub, daxili vakansiya elanlarını gözdən keçirin. Əgər istədiyinizi tapmısınızsa onların tələblərinin sizin bacarıqlarınıza uyğun olub olmadığına fikir verin.

İş axtarmaqla bərabər  hal-hazırda bu şirkətdə işləyənlərin qısa tərcümeyi-halları ilə tanış ola bilərsiniz. Bu məlumatlar sizə təşkilatın mədəniyyəti barədə və orada işləyənlərin xüsusiyytləri barədə təsəvvür yaratmağa kömək edə bilər.

Effektiv rəy

Elanın yazılı və ya internet vasitəsi ilə verilməsindən asılı olmayaraq vakansiyaya münasibətiniz müxtəlif ola bilər. Lakin, qəbul olunmuş bir neçə ümumi prinsiplər var ki onlara riayət etmək lazımdır:

  • Elanın mətnini diqqətlə oxuyun;
  • Elanın tələblərinə uyğun öz qabiliyyətlərinizi və bacarıqlarınızı tərcümeyi-halınızda qeyd edin;
  • Əsas olan üç-dörd şəxsi keyfiyyətinizi müşaiyət məktubunda qeyd edin;
  • Elan çıxandan sonra bir-iki həftə ərzində tərcümeyi-halınızı göndərməyə çalışın. 

Mətni yoxlayın 

Elanda iş təkilf edənlərəolan tələblər qısa şəkildə verilir. Siz, qısaltmaları yenidən incələməli və elanda göstərilən tələblərə cavab verdiyinizi anlamağa çalışmalısınız ki, son nəticədə də bu elana cavabınızı hazırlayasınız. Elanı yenidən nəzərdən keçirərkən aşağıdakılara fikir vermək lazımdır:

  • İş təklif edənin adı göstərilmir;

Bu əvəz ediləcək işçinin vakansiyadan xəbəri olmaması üçün edilir. İkinci variant kimi, işədüzəltmə üzrə mütəxəssis çox güman ki, əmək haqqı barədə yazmaq istəyir, amma bu kommersiya sirri olduğu halda adını göstərmir. Başqa səbəb kimi  namizədləri uzaqlaşdırmamaq  məqsədilə şirkət mətbuatda pis ad qazandığından öz adını göstərmək istəməməsi zamanı olur.

  • Təşkilatın təsviri;

Elanda “Şirkət son dərəcə sürətlə inkişaf edir” yazılması təşkilatın idarəetmə sisteminin inkişafla bacara bilməməsi  və sizin strukturlaşmamış, formalaşmamış bir işə qəbul olacağınız mənasına gələ bilər.

“Tezliklə şirkətin strukturunun yenidən təşkili ilə bağlı” tipli qeydlərin elanda olması işçilərin yaxın zamanlarda azad olunmasına dəlalət edir. Əgər beynəlxalq şirkət “bizim yaxınlarda yeni birləşməyimiz”ə əsaslanırsa, onda ehtiyatlı olun, bu yeni idarəetmə sisteminin hələ tam bitməməsi deməkdir.

  • Şirkətinin yerihaqqında qeyri-dəqiq məlumat;

Ümumi olaraq “Cənubi-Şərqdə yerləşir” kimi təsvir edilən şirkətin kifayət qədər uzaq və qeyri-məşhur bir yerdə olması deməkdir.

  • İşin təsvirinin qeyri-dəqiq olması;

İş nə qədər az təsvir edilirsə, bir o qədər də bu iş az cəlbedici olur.  Məsələn, maliyyəçilər “daxili audit” vəzifəsinə rast gələndə bu işi bəyənməyib yan keçə bilərlər, lakin, iş təklif edən bu elanı “məsuliyyətli maliyyəçi vəzifəsi” kimi verərsə onda elana cavab daha çox olar.

  • İşin xüsusiyyəti;

İş təsvir edilərkən mütamadi olaraq ezamiyyətlərin olacağı barədə məlumatlar verilir: bu ya xaricdə bir neçə dəfə olmaq  və ya gündəlik olaraq xarici aeroport mehmanxanalarında görüşlərdə iştirak etmək kimi də başa bilər. Unutmayın ki, ezamiyyətlər hər zaman gözəl yerlərə olmur.

  • Namizədlərin keyfiyyətlərinin təsviri;

Elanda bir qayda olaraq, namizəddə axtarılan keyfiyyətlər təsvir edilir. Bu bəndləri diqqətlə araşdırın: “dayanıqlı olma” deyiləndə, iş təklif edənin mədəniyyətinin ya sərt xarakterli olmasından xəbər verə bilər; “təsiretmə qabiliyyətinə malik olma” deyiləndə, satış sahəsində müştərilərlə iş aparmaq istəyi ola bilər; “yüksək kompüter bacarığının olması” təklif olunan işə aidiyyatı yoxdursa, onda bu o deməkdir ki, rəhbərin informasiya texnologiyalarına və elektron poçta çox fanatik münasibəti var.

  • Kompensasiya paketinin təsviri;

Elanda “əmək haqqı və digər ödəmələrin məbləği 80 min funt” olaraq göstərilə bilər. Bu əmək haqqının 80 min funt olması təklifindən tamamilə uzaqdır. Ödəmələrə avtomobildən istifadə, təqaüd ödəmələri və başqa xidmətlərə görə ödəmələr də daxil ola bilər və həqiqi əmək haqqı cəmi 40 min funta çata bilər. Əgər əmək haqqı barədə təxmini danışılırsa, onda bu məbləğ namizədin yaşından və iş stajından asılı olaraq 10-15% arasında dəyişilə bilər.

Ümumilikdə, elanda göstərilən konkret faktlar nə qədər çox olarsa o qədər yaxşıdır; aydınlıq az, qeyri-dəqiqlik çox olduqda işəgötürənin gizlətdiyişeylərin olması şübhəsini yaradır. Əgər elan, kifayət qədər ətraflı tərtib olunubsa, bu iş təklif edənin işədüzəltmə prosesinəinvestisiya qoymaq arzusundan irəli gəlir. Bu iş təklif edənin, digər iş təklif edənlərdən daha çox bu prosesə marağının olması kimi başa düşülə bilər.

Kommersiya xidməti mühasibi

Müsabiqə seçimi

Cənubi-şərq

Bizim müştəri-müxtəlif istehsal sahələrində geniş çeşidli məhsula sahib olan uzunmüddət fəaliyyət göstərən çox hörmətli bir təşkilatdır. Son vaxtlar yenidənqurma işləri ilə bağlı biz maliyyə sahəsində yeni maliyyə direktoru ilə əməkdaşlıq apara biləcək  bir peşəkar axtarırıq.

İşgüzar, yüksək ixtisaslı mühasib üçün bizim təklifimiz əla imkan sayılır.Bununla o özünün kritik inkişaf dövrünə töhfə vermiş olacaqır.  Siz güclü rəhbər, müxtəlif  sahələrdə ixtisaslaşmış auditor komandasını motivasiya etmək bacarığına malik olmalısınız.

Sizin başqalarına güclü təsir etmək və qeyri-maliyyə ixtisaslı rəhbərlərə maliyyə hesabatlarını təqdim etmək qabiliyyətinə malik olmaqla bərabər, inadcıl, ağır işə köklənmiş və yüksək dərəcədə fədakarlıq bacarığınız olmalıdır.  Bununla bərabər etibarlı beynəlxalq korporasiyalarda və ya iri mühasibatlıq şirkətlərində iş təcrübəsinin olması vacibdir.

Öz növbəmizdə biz karyera sahəsində uğurlu addımlar atan şəxslərə pul mükafatları və xüsusilə də karyera sahəsində inkişafa şərait yaradırıq.

Xahiş edirik, tərcümeyi-haınızı, hal-hazırkı əmək haqqınız daxil olmaqla GKW-nin Rəhbər İşçilərin Seçimi Şöbəsinə  Hamilton küçəsi 16, St.James’s, London W1 ünvanına göndərəsiniz.

Şəkil 8.1.İşə qəbul elanının nümunəsi

Şəkil 8.1.-dəki elanda ümumiyyətlə nədən bəhs edilir?

  • İşin adı

İşin adı vəzifənin kommersiya mahiyyətini əks etdirirmi? Həqiqətənmi iş marketinq şöbəsilə sıx əlaqəni nəzərdə tutur yoxsa vəzifənin “əhəmiyyətini artırmaq” istəyir?

  • Əmək haqqı barədə hər hansı bir məlumatın olmaması

Ola bilər ki, iş təklif edən bu vəzifədə artıq işləyənin əmək haqqısından daha çox təklif edəcək deyə ödəniş barədə heç bir söz demir ki, istədiyi namizədləri cəlb etsin; yaxud da “rəqabətli seçim” barədə danışılanda əmək haqqının elə də rəqabətqabiliyyətli olmaması səbəbi ilə bu barədə heç bir söz deyilmir.

  • Qeyri-müəyyən yerləşmə

Ola bilər ki, şirkət elə də cəlbedici bölgədə yerləşmir.

  • Şirkətin adının qeyri-müəyyənliyi

Ola bilər ki, bu şirkət mətbuatda çox pis ad qazanıb və ya təyinatı çox məxfidir.

  • Şirkətin qeyri-səlis təsviri

Bəlkə bu sahə eniş mərhələsindədir.

  • Maliyyə göstəriciləri barədə heç bir məlumat göstərilməyib

Ola bilər ki, şirkətin fəaliyyət nəticələri elə də cəlbedici olmasın.

  • Təzəlikcə şirkətin yenidən təşkili və yeni maliyyə direktorunun olması

Bu, şirkətdə həm imkanların yaranması, həm də qeyri-stabil dəyişikliklərin olması kimi qiymətləndirilə bilər.

  • “……güclü idarəetmə qabiliyyəti, ……motivasiya etmək qabiliyyətinin olması, …..başqalarına təsir etmək” 

Bu,şirkətin mənəvi vəziyyətinin son həddə olmasına, ya da şirkətdə liderlilik qabiliyyətinə üstünlük verilməsinə dəlalət edir?!

  • Qeyri-maliyyə profilli rəhbərə maliyyə məlumatlarının verilməsinə vurğunun olması;

Bu iş maliyyə sahəsində qeyri-peşəkar tərəfindən aparılması anlamındadır, yoxsa iş yüksək qarşılıqlı münasibətə və ya sıx əməkdaşlığamı əsaslanıb?

  • Ağır işə köklənmə və yüksək fədakarlığa hazırlıqlı olma

Bu iş saatlarının uzun olacağına  ya da işdə uğura nail olmaq üçün işçinin enerjisinin vacib olmasına işarə ola bilər.

İstənilən elan aldadıcı ola bilər. Unutmayın ki, iş təklif edən təklif etdiyi işi ən yaxşı namizədləri cəlb etmək üçün reklam etməyə çalışır. Namizəd olaraq siz, imkan daxilində dəqiq informasiyaya malik olmalısınız. Əgər elan qeyri-dəqiqdirsə, onda işədüzəltmə agentliyindən konkret informasiyanı tapmağa çalışın.

Tərcümeyi-halınızı hazırlayın 

Əgər sizin tələbatlarınızın təqdim olunan işə aidiyyatı və ya bir az aidiyyatı varsa onda dayanmayın. Məsələn, elanda qeyd olunubsa ki, iştəklif edən məzun axtarırsa, bu heç də o demək deyil; ehtimal ola bilər ki, təklif edilən vəzifəyə uyğun təhsili olanlar da maraqlana bilər. Ancaq siz, çalışıb öz keyfiyyətlərinizi  tərcümeyi-halınızı tələblərə uyğun qaydada tərtib etməlisiniz.

Biz “Marketinq materiallarının hazırlanması” adlı VI fəsildətərcümeyi-halın tərtib edilmə qaydalarından danışmışıq, lakin gəlin bir neçə əsas yerə yenə toxunaq. Təklif edilən işə aidiyyatı olmayan bacarıqlarınızı göstərən tərcümeyi-halın tərtibinə nə öz vaxtınızı nə də bu sahənin mütəxəssisinin vaxtının almağına dəyməz. Siz çalışmalısınız ki, iştəklif edənin sizdə axtardığı keyfiyyətləri u tərcümeyi-halda qabardasınınz.

Deyək ki, elanda deyilir ki, vəzifənin öhdəliklərinə heyətin idarəedilməsi, kompüter sistemlərinin inkişafı daxil olacaq. Dəyişikliklərin idarəedilməsi də arzu olunandır. Siz çalışmalısınız  ki, bütün sadaladıqlarımız bu keyfiyyətlər sizin tərcümeyi-halınızda konkret misallarla göstərilsin.

Müşaiyət məktubu 

VI bölmədə qeyd etdiyimiz kimi, müşaiyət məktubu iş axtarma oyununda dəyərləndirilməyən bir alətdir. Əgər siz, öz tərcümeyi-halınızda “kütlədən seçiləbilsəniz”, onda sizin işədüzəltmə üzrə mütəxəssisin diqqətini cəlb etmə şansınız artacaqdır. Məktubda aşağıdakılara fikir vermək lazımdır:

  • Təcrübənizində rast gəldiyiniz vəzifəyə uyğunluğunuzu göstərən 3 və ya 4 güclü tərəflərinizi qeyd edərək, onları daha çox qabartmağaçalışmaq;
  • Bu güclü tərəfləri nümayiş etdirən konkret misallar göstərmək;
  • Hansı konkret vakansiyaya iddialı olduğunuzu və bu vakansiya harda rast gəldiyinizi göstərin;
  • Çalışın çox sözlərdən istifadə etməyin;

Tez cavab verin 

Əksər vakansiya elanında onun bitmə vaxtı göstərilmir.  Ancaq çalışmalısınız ki, bu elana bir həftə və ya ən uzağı 10 gündən az olmayaraq cavab verəsiniz. Olders Ray & Berndtson şirkətinin tərəfdaşı “Head-hunter” Syuzan Vud,  deyir:

Mən korporativ müştərilərimizə bildirirəm ki, elan çıxandan 2 həftə sonra təklif etdiyimiz vəzifəyə namizədlərin siyahısını onlara təqdim edəcəm. Namizədin bu elana 1 həftə ərzində cavab verməsi isə ona daha münasib olardı. Ümumiyyətlə, tez cavab vermə gecdən daha yaxşı hesab olunur. İşədüzəltmə dünyası dövretmə tempini daim olaraq artırır.

Məsləhət

Tez cavab vermək bu heç də, elan çıxandan 1 saat ərzində tərcümeyi-halınızı götürüb faksa daxil edərək mütəxəssisin masasına göndərməyiniz demək deyildir. Siz belə etsəniz heç bir üstünlük əldə edə bilməyəcəksiniz. Əksinə tərcümeyi-halınızın hazırlanmasına vaxt ayırmasanız, siz təkif edilən elanın tələblərinə cavab verməmək problemi ilə üzləşə bilərsiniz.

İşədüzəltmə üzrə mütəxəssislər elana gələn cavab anketlərini daxil olduqca bir yerə toplayır. Çox güman ki, təxminən bir həftədən sonra, gələn anketlərin sayının azaldılması məqsədilə süzgəcdən keçirilmiş namizədlərin siyahısı tərtib edilir. Əgər elanı işədüzəltmə agentliyi yerləşdiribsə, onda konsultant müsahibədə iştirak edəcək 12 nəfəri seçir. Sonradan bunlara əlavə olaraq daha 3-4 nəfər  müsahibəyə dəvət edilə bilər. Əgər prosesi şirkət özü təşkil edirsə, onda bu namizədlərin sayı daha məhdud ola bilər.

Hər iki halda nəzərdə tutulan sayda namizədlərlə müsahibə aparırlar. Əgər sizin anketiniz seçilmiş 12 nəfərdən sonra daxil olubsa, onda seçilmişlərin siyahısına daxil olmaq çox çətin ola bilər. Bu problemi həll edə bilmək üçün, siz çox möhtəşəm olmalısınız.

Internet və elektron poçtdan cavab 

Əgər siz İnternet-saytında və ya korporativ veb-saytda yerləşdirilmiş iş elanına cavab vermək fikriniz varsa, onda çox güman ki, siz bunu elektron ünvanınızdan edəcəksiniz. “Marketinq materiallarının hazırlanması” adlı VI bölmədə qeyd etdiyimiz kimi, siz tərcümeyi-halınızı uyğun olan formatda (məsələn Word) göndərməlisiniz ki, bu da onun dizaynına, stilininə fikir verməyi vacib etmir. Siz tərcümeyi-halınızla bərabər müşaiyət məktubunuzda da namizədliyinizin  baxılmasının vacib olmasını sübut edən 3-4 keyfiyyətiniziqeyd etməlisiniz.

Vakansiyalar yarmarkası 

Vakansiya elanlarını ənənəvi olaraq internetdə və mətbuatda axtarmaqla  bərabər, yeni kadrların seçilməsi məqsədilə bir qrup mütəxəssislərin toplaşdığı vakansiya yarmarkalarına da iş axtarmaq üçün getmək məsləhətdir.  Yarmarka namizədə hər hansı bir şirkət haqqında məlumat toplamağa və öz namizədliyini irəli sürməyə əlverişli imkan yaradır.

Lakin, əksər vakansiyalar aşağı və ya orta səviyyəli idarəetməvəzifələridir. Bu o deməkdir ki, vakansiya yarmarkaları cavanlara və ya məzunlar üçün faydalı ola bilər. Yüksək idarəetmə vəzifəsini tutmaq niyyətində olanlar üçün isə bu münasib deyil.

Məsləhət

Əgər siz, hesab edirsinizsə vakansiya yarmarkası sizə hansı bir yolla kömək edə bilər, o zaman bu yarmarkaya işədüzəltmə agentliyinin görüşünə və ya iş təklif edənin dəvət etdiyi müsahibəyə gedəcəyiniz kimi hazırlaşın. Yəni, bu ən azından səliqəli geyinməyiniz deməkdir.

Əgər bu yarmarkada hansı şirkətlərin iştirak edəcəyindən əvvəlcədən xəbəriniz varsa, onda onlar haqqında yaxşı məlumatlanın ki, onlarla münasibət quranda sizi maraqlandıran müvafiq sualları verə biləsiniz. Siz öz bacarıq və potensialınızın müsbət təsir göstərməsi üçün bütün imkanlarınızdan istifadə etməlisiniz.

Siz yarmarkanı tərk edərkən əmin olmalısınız ki, orda iştirak edən şirkətlər, təqdim etdikləri məhsul və xidmətlər barədə kifayət qədər informasiya toplamısınız. Əgər siz, yarmarkada iştirak edən hər hansı bir şirkətin təklif etdiyi vakansiya ilə maraqlanmısınızsa, onda yığdığınız informasiya gələcəkdə sizə kömək edə bilər.

Nəticələr

  • vakansiyalar- iş axtaran üçün əsas resurs mənbəyidir;
  • elanlar hansı milli qəzetlərdə, həftənin hansı günlərində nəşr olunmasını, bu elanların peşəkar və ya yerli mətbuatda çıxdığını müəyyən edin;
  • elanlara minlərlə namizədin münasibət göstərəcəyi fikri ilə özünüzü bu prosesdən uzaqlaşdırmayın: bu elə deyil. əgər elan sizi maraqlandırıbsa, onda dərhal cavab verin;
  • öz sahənizi əhatə edən internet-saytlarında iş axtarın;
  • elana cavab verərkən elanı diqqətlə oxuyun və orada nədən bəhs edildiyini başa düşməyə çalışın;
  • əmin olun ki, hazırladığınız tərcümeyi-hal konkret ixtisaslaşmış tələblərə cavab verir;
  • tərcümeyi-halınıza əlavə edilmiş müşaiyət məktubundan işədüzəltmə üzrə mütəxəssisin diqqətini cəlb etmək üçün ondan səmərəli istifadə edin;
  • çalışın ki, elan çıxdıqdan bir həftə ərzində ona cavab verəsiniz;
  • internetdən tapdığınız vakansiyaya cavab göndərərkən tərcümeyi-halınızı Word formatında məktubunuza əlavə etməyəçalışın;
  • vakansiya yarmarkaları orta səviyyəli vəzifə axtaranlar üçün əla imkandır;
  • vakansiya yarmarkasına gedərkən çalışın ki, səliqəli geyinəsiniz, çoxlu məntiqi suallar verin və sizi maraqlandıran iş təklif edənlər barədə kifayət qədər məlumat toplayıb əlaqə nömrələrini götürün.
1349 4