Karyera Mərkəzi təqdim edir: “Özünüzə imkanların yaradılması”

13 MAY 2016 | VIEWS:
3243

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Fəsil 8. Elan edilmiş vakansiyalar

Fəsil 9. Ardı var

Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi

 

Fəsil 11. Özünüzə imkanların yaradılması

 

“İdeal” iş axtarışında vakansiya elanları və kadr agentlikləri nəinki faydalı mənbədir, o, həmçinin realdır. Bu baxımdan ən uğurlu namizədlər uğurlu karyera üçün özünə imkan yaradanlardır.

Başqa şirkətə keçmək ən doğru qərar hesab edilirmi?

Bir çox hallarda yeni işə keçməyin ən uğurlu yolu – sizin təşkilatınızın daxilində yeni işə keçməyiniz hesab edilməlidir. Biz naməlum təşkilatda yeni işə keçməyin böyük risk olduğunu qeyd etmişdik. Sizin nəzərdə tutduğunuz işəgötürən ətraf mühit və yeni namizədlər üçün cəlbedici görünsə də şirkət həyatında reallıq tamam başqa cür ola bilər.

Əgər sizin işəgötürən tələblərə cavab vermirsə, daha doğrusu, əmək haqqı aşağıdırsa, təlim və inkişaf zəifdirsə, strategiya formalaşmayıbsa, o zaman başqa işə keçməklə heç nə itirmirsiniz. Əgər sizin rəhbərlik yüksək əmək haqqı verirsə, müxtəlif təlimlərə göndərirsə və bazarda öz sahəsində sabit vəziyyətdədirsə, bu halda düşünmək lazımdır ki, görəsən getməyə dəyərmi?

Bəlkə də siz başqa vəzifəyə keçmək və ya yüksək vəzifə və daha çox məsuliyyət istəyirsiniz. Böyük ehtimalla isə siz vəzifənizin yüksəlməsini istəyirsiniz.

Vəzifə yüksəlişinin planlaşdırılması

Vəzifə yüksəlişində atılacaq birinci addım bu haqda xahiş etməkdir. Bu əlavə, bacarıqlar əldə etmək və məsuliyyət dairəsinin genişləndirilməsi baxımından məna kəsb edir.

Şirkətlərdə sadə qayda tətbiq edilir ki, bu da “istəməsən, heç nə əldə etməzsən” qaydasıdır. Rəhbəriniz heç də sizin tələblərinizi bilməyə borclu deyil. Adətən rəhbər işçilər (məcbur olmasalar) işçilərini öz vəzifələrində saxlamağa üstünlük verirlər. Çünki belə yaşamaq daha rahatdır. Əgər siz başqa mövqeyə keçsəniz sizi kim əvəz edəcək? Digər tərəfdən şirkət dərk etməlidir ki, sizi rəqib şirkətlərə buraxmaqdansa burada saxlamaq daha sərfəli olacaqdır. Sizin rəhbəriniz hətta kadr axını göstəricilərinə görə qiymətləndirilmiş ola da bilər.

Belə olduğu halda, yüksəlmə və inkişaf arzunuzu ifadə etmək üçün istənilən imkandan istifadə etmək lazımdır. Əlverişli hallarda mümkün variantları müzakirə edin. Əgər gözləmək istəmirsinizsə ayrıca görüş tələb edin. Gözdə-qulaqda olun ki, bəlkə sizin yüksək vəzifə tutan həmkarlarınız da yeni işə keçməyi planlaşdırsınlar. Əgər onların vəzifəsi sizin tutmaq istədiyiniz vəzifədirsə o zaman təlim kursu keçmək üçün müraciət edin ki, bu vəzifə sizin üçün əsaslandırılmış olsun.

Əgər sizin şöbədə açıq vakansiyalar varsa bəs o zaman nə etməli? Elə isə siz başqa şöbələrdə belə bir vəzifənin olub-olmadığına baxmalısınız. Bu halda insan resursları şöbəsinə müraciət etməli və tələblərinizi müzakirə etməlisiniz. Əgər onlar reaksiya vermirlərsə, o zaman  başqa istiqamətlərdə hərəkət etməlisiniz.

Məsləhət

Əgər sizin üçün müəyyən bir şöbə maraqlı gəlirsə, o zaman onun menecerinin kim olduğunu müəyyən edərək görüşməyə çalışmaq lazımdır. Təkliflərinizi şəxsən verməyiniz vacibdir. Hal-hazırda vakansiya olmasa belə bir-iki həftədən sonra yarana bilər. Elə etmək lazımdır ki, sizin adınız o menecerin yadına düşsün.

Yadda saxlayın ki, ruh yüksəkliyi, motivasiya və təşəbbüskar yanaşma sizin karyeranıza ziyan verməz.

İstiqamətin dəyişdirilməsi. Şirkət daxilində yer dəyişmə haqqında düşünün

Şirkət daxilində yerdəyişmə o zaman faydalı olar ki, karyeranızı başqa istiqamətə yönəldəsiniz. Ola bilər ki, siz maliyyə şöbəsində işə başladıqdan 2-3 il sonra başa düşdünüz ki, sizə məhsulun maya dəyərini hesablamaqdansa onu reklam etmək daha maraqlıdır.

Sizin məqsədyönlü, enerjili və yaradıcı təfəkkürə malik olmağınızı yeni rəhbərinizə inandırmaq əvvəlki rəhbərinizdən daha çətin olacaqdır. Əslində isə yeni rəhbər sizin marketinq komandasına cəlb etməklə müəyyən fayda əldə edə bilər. Məsələn, siz reklamın planlaşdırılması prosesinə maliyyə reallığı gətirə bilərsiniz.

Aydındır ki, siz yer dəyişmənizi şirkətin maraqları çərçivəsində edəcəyinizə dair inandırıcı sübutlar gətirməlisiniz. Unutmayın ki, uğurlu karyeranın əsas prinsiplərindən biri budur: şirkət sizin üçün nə edə bilər deyil, siz şirkətə nə edə bilərsiniz haqqında düşünməlisiniz.

Şəxsi əlaqələrdən istifadə edilməsi

Əgər siz karyeranızı inkişaf etdirmək istəyirsinizsə, o zaman şirkətinizin xaricində nələr baş verdiyi haqqında məlumat əldə etməlisiniz. Bunun üçün şəxsi əlaqələrinizdən istifadə etməlisiniz.

Belə bir qeyri-rəsmi əmək bazarı sizin üçün araşdırılması vacib olan sahədir.

Məsləhət

Şəxsi əlaqələr – iş axtaranlar üçün potensial olaraq daha səmərəli, lakin sayı-hesabı bilinməyən resursdur. Şəxsi əlaqələrinizə müraciət etməklə sizi tanıyan və kömək etmək istəyən insanlara çıxış tapacaqsınız. Tədqiqatlar göstərir ki, tutmaq istədiyiniz vəzifə nə qədər yüksək olarsa, onu daha tez elanlar və ya işədüzəltmə şirkətləri vasitəsi ilə deyil, şəxsi əlaqələr vasitəsi ilə tapmaq olar.

Yalnız iş üçün deyil, həyat üçün əlaqələr qurmaq

Bəzi insanlar üçün “əlaqə” sözü xöşagəlməz dərəcədə soyuq və ehtiyatlı səslənə bilər. Bu belə olmamalıdır. Mahiyyət etibarı ilə əlaqələr sizi əhatə edən insanların reaksiyasından və imkanlarından istifadə etməkdən ibarətdir. Kiminləsə söhbət etməkdə maraqlı olduğunuz zaman onunla əlaqələr qurmağa başlayırsınız. Əgər siz müsbət və dost kimi münasibət göstərəcəyiniz təqdirdə böyük ehtimalla onlar da qarşılıqlı olaraq bu münasibəti göstərmiş olacaqlar.

Beləliklə, əlaqələrin qurulması yeni dostların qazanılması deməkdir. Qarşınıza çıxan bəzi insanlar – istər məktəbdə, kollecdə və ya toyda olsun sizə heç vaxt iş barəsində kömək etməyə bilərlər. Lakin onlar sizin həyatınızı kifayət qədər zənginləşdirə bilərlər.

Sizin əlaqələriniz ailədən başlayır. Daha sonra isə buraya məktəbdən, kollecdən, iş yerindən tanışlar və dostlarınızın dostları əlavə olunur. Əlaqələrini uğurla istifadə edən şəxs heç vaxt mövcud əlaqələrin siyahısına yeni adın əlavə olunmasına qarşı çıxmaz.

Karyera uğrunda əlaqələrdən effektiv istifadə edilməsi

Bəzi insanlar təbiətcə əlaqə qurmağa meyllidirlər. Onlar konfransda iştirak edənlərə təsir edə bilir, tanışlığı maraqlı və faydalı hesab etdikləri rəsmi və ya qeyri-rəsmi insanların adlarını heç vaxt unutmazlar. Bununla belə, onlar bəzi keçmiş həmkarları və kollecdən olan dostları ilə əlaqələrini qoruyub saxlayırlar. Bu insanlar əvvəldən əlaqə qurmağa həvəsli olduqları üçün iş axtarışında hər zaman öndə olurlar. Çünki, onların əlaqəsi geniş olduğu üçün hər zaman yeni imkanlardan istifadə edə bilərlər.

Bir vaxt karyeranızı inkişaf etdirmək üçün əlaqələrinizdən istifadə etmək istəsəniz ilk olaraq tanıdıqlarınızın siyahısını tərtib etməli olacaqsınız. Bu siyahıya hər kəsin daxil edilməsi vacibdir.

Məsləhət

Bəzi insanlar başqaları ilə müqayisədə sizə daha çox kömək edə bilər. Lakin bu yolda kiminsə üzərindən xətt çəkmək və ya qarşısını almaq doğru deyil.

İnsanların ən çox etdikləri səhvlər arasında onlardan tanışlarının siyahısını tərtib edilməsi istənildikdə çox az adamın əhatə olunduğunun şahidi oluruq. Çünki, onlar iş axtarışı haqqında düşündükləri zaman yalnız işgüzar əlaqədə olduqları insanları xatırlayırlar.

Bu isə doğru deyil. Sizin siyahıya aşağıdakı şəxslər daxil olmalıdır:

  • Ailə üzvləri, əmi və dayılar (uşaqları ilə birlikdə), xala və bibilər (uşaqları ilə birlikdə), ögey bacı və qardaşlar və s.
  • Dostlar: məktəb, universitet, müxtəlif dərnəklərdən;
  • Dostlarınızın dostları: məsələn, keçən il dostunuzun məclisində yanında oturduğunuz şəxs;
  • İş həmkarları; keçmiş və indikilər;
  • Mühasibiniz və ya şəxsi maliyyə məsləhətçiniz;
  • Qonşularınız;
  • Sizə xidmət edən bankda rəhbər vəzifəsində işləyən şəxs;
  • Sizin təsadüfi tanışlarınız.

Düşünə bilərsiniz ki, bu siyahıdakı bəzi insanlar boş vaxt sərfəlidi. Məsələn, bankınızda rəhbər vəzifədə işləyən bir şəxs sizə reklam sahəsində iş tapmağa necə kömək edə bilər? Ancaq sizə məlum olmayan bir fakt o ola bilər ki, bu şəxsin qardaşı artıq 15 ilə yaxındır ki, aparıcı işədüzəltmə şirkətində işləyir. Buna görə də təkrar edək ki, bu siyahıya həyatınıza daxil olan hər şəxsi qeyd etməyi unutmayın. İlkin siyahını hazırladıqdan sonra ağlınıza gələn yeni şəxsləri də buraya əlavə etməyi unutmayın.

Əlbəttə ki, adətən əlaqə yaradarkən sizə faydalı ola biləcəyi ehtimal edilən şəxslərdən başlayacağınız şübhəsizdir.  Bununla belə, nəzərdə tutmadığınız insanları da əhəmiyyətsiz hesab etməyin. Heç vaxt əmin ola bilməzsiniz ki, uğurlu iş axtarışında sizə ilk yol göstərən kim olacaqdır. Nəhayət dəqiq bilin ki, bu adlardan nə üçün istifadə etmək istəyirsiniz.

Əlaqələrdən effektiv istifadə edilməsi

Əlaqələrinizdən istifadə etmək üsulu sizə vacib olan məlumatın əldə edilməsində uğurunuzu ifadə edir. Əgər mümkündürsə “tədqiqat” işinizin böyük hissəsini telefonla aparmayın. Əgər sizin kollecdən olan köhnə dostunuz hal-hazırda Aberdin şəhərində (Şotlandiya), siz isə Kornuolle (İngiltərə) şəhərində yaşayırsınızsa o zaman sizin başqa seçiminiz qalmır. Lakin problem ondadır ki, telefon danışığı zamanı insan öz xahişini qısa olaraq ifadə etməli olur: “Mən sizə ona görə zəng edirəm ki, ……”. Siz deyə bilərsiniz ki, iş axtarmağa çalışırsınız. O isə öz növbəsində sizə heç cür kömək edə biməyəcəyini söyləyəcək. Bu isə itirilmiş əlaqə olacaqdır.

Məsləhət

Sizdən siyahıda olan insanlardan hal-hazırda hansı iş imkanlarının olub-olmadığını soruşmaq lazım deyil. Əsas əldə ediləcək informasiya onların vakansiyalar haqqında xəbərdar olması, bu sahədəki yeniliklər və sizin söhbət edə biləcəyiniz digər insanların nüfuzu haqqında olmalıdır.

Şəxsi əlaqə

Sizin ən vacib edəcəyiniz şey şəxsən görüşə nail olmaqdır. Tutaq ki, görüşmək istədiyiniz şəxs sizin keçmiş iş yoldaşınızdır. Sizin münasibətləriniz bir o qədər yaxın olmaya bilər və istənilən telefon danışığı 10 dəqiqədən artıq çəkməyə bilər. Bununla belə ən qısa şəxsi görüşlər adətən yarım saata qədər uzana bilər. Belə bir görüş isə sizə əlavə olaraq 20 dəqiqə imkan təmin edəcəkdir. Həmçinin şəxsi görüşlər zamanı telefon danışığı ilə müqayisədə söhbətin istiqamətini rahat şəkildə dəyişərək istifadə edə biləcəyiniz potensial ideyalarınıza doğru yönəldə bilərsiniz. Beləliklə siz əlaqə quracağınız insanın qiymətli vaxtını nəzərə alaraq görüş təyin etməlisiniz. Siz ona birlikdə nahar etməyi və ya kofe içməyi təklif edə bilərsiniz.

Görüş zamanı əlbəttə ki, söhbətə sizin ümumi köhnə tanışlarınızı xatırlamaqdan başlaya bilərsiniz. Bu ilkin siyahıya əlavə etməyi unutduğunuz insanlar ola bilər. Onları o dəqiqə siyahıya əlavə etməyi unutmayın. Siz görüş zamanı xidmətlərinizi təklif edə biləcəyiniz müxtəlif sektorlar haqqında məlumat və hansı sahibkarlardan uzaq durmağınız haqqında məsləhətlər əldə edə bilərsiniz. Bu məlumatlar sizin tədqiqatınızı daha da dolğun edəcəkdir.

Məsləhət

Kömək istədiyinizi söyləməkdən çəkinməyin. Bir çox insanlar onlardan kömək istəməyi yaltaqlıq kimi qəbul edirlər. Lakin fikirlərinizi açıq izah edin ki, siz işi onlardan istəmirsiniz.

Bu vacib məsələdir. Bir çox insanlar onlardan iş istədiyinizi və ya sizi öz menecerinə tövsiyə etmək haqqında xahiş edildiyini fikirləşdiyi zaman əsəbləşməyə başlayır. Əgər siz dostunuzla söhbət edirsinizsə o münasibətlərinizdə həddinizi aşdığınızı düşünəcəkdir. Buna görə də açıq-aydın söyləyin ki, onun sizə karyeranızda kömək edəcək bir yeni bir informasiyaya və ya məsləhətinə ehtiyacınız vardır. Söhbət əsasən iş sahəniz, rəqiblər və bazarda dəyişikliklərhaqqında olmalıdır.

Əsas məqsədiniz hər görüşdən əhəmiyyətli dərəcədə yeni informasiya və ya heç olmazsa əlaqə qurula biləcək iki yeni insanın adını öyrənmək olmalıdır.

İdeal vəziyyət isə sizin tanışınızın sizə kömək edə biləcək bir neçə tanışının olduğunu söyləməsi olardı. Daha da yaxşısı tanışınız o şəxslərə zəng edərək sizinlə görüşə etiraz edib-etmədiklərini soruşmaq və qısa bir görüşü təşkil etmək olardı. Sizin kiməsə təqdim olunmağınız şansınızı yüksəldə bilər və ya heç olmazsa bu şəxsdən “yapışa” bilərsiniz.

Əgər kimdənsə sizin adınızdan zəng etməyinizi xahiş edən zaman bu xahişinizin həyata keçməsi üçün inadla çalışmalısınız. Daim məşğul olan şəxs bunu etmək niyyətində olsa belə qarışıqlıqda bunu unuda bilər. Ona 10 gün ərzində təkrarən zəng edəcəyinizi və lazım olan şəxsə zəng edə bilib-bilməyəcəyi haqqında xahiş edin. Əgər zəng edilməsə nəzakətlə bir həftə sonra sonra edəcəyinizi söyləyin.

Bu əlaqələrin qurulmasının əsas məqsədi mümkün işəgötürənə təşəbbüs məktubunun yazılması üçün yeni fikirlərin əldə edilməsidir.

Portfolio tipli karyera

Bəzi insanlar təbiətcə çoxlu əlaqələrinin olmasına meyllidirlər. Onların karyera inkişafı portfolio tipinə uyğun gələ bilər. Bu cür karyera inkişafı daha çox bir işin ömür boyu olmasından imtina etmiş şəxslərə aid edilir.

Portfolio-karyera eyni anda bir neçə fəaliyyəti və gəlir mənbəyini özündə birləşdirir:

  • Rəhbər işçi olmaqla bərabər, siz bir neçə şirkətin idarəetmə şurasının üzvü ola bilərsiniz.
  • Öz işgüzar əlaqələriniz vasitəsi ilə bir dəfə olmaq surəti ilə sizin məsləhətinizə görə pul ödəməyə hazır olan şəxsləri tapmaq. Bir sözlə siz özünüzü müstəqil məsləhətçi kimi təqdim edirsiniz.
  • Sizin informasiyanı yazılı şəkildə ötürmək kimi istedadınız var? O zaman peşəkar assosiasiyalar və ixtisaslaşmış mətbuat üçün məqalələr yazılmasına başlaya bilərsiniz.
  • Siz müxtəlif şirkətlərə öz sahəniz üzrə təlimlər keçməyi təklif edə bilərsiniz.
  • Əgər natiqlik qabiliyyətiniz varsa işgüzar görüşlərdə və konfranslarda çıxış etmək üçün xidmətlərinizi təklif edə bilərsiniz.
  • Siz bir neçə vəzifəni qismən daşıya bilərsiniz. Məsələn, daimi mühasib vəzifəsinə ehtiyac duymayan təşkilatlar qismən bu vəzifəni daşıya biləcək şəxslərə ehtiyac duyurlar.

Siz nə qədər çox insan tanıyırsınızsa əlinizin altında bir o qədər müxtəlif sahələr üzrə iş mənbələrinə sahib olacaqsınız. Əlbəttə ki, belə üsul hər kəsə uyğun deyil. Bəzi insanlar öz istedadlarını müxtəlif təşkilatlarda nümayiş etdirməkdənsə bir təşkilatın ayrılmaz parçası olmasına üstünlük verirlər.

Bundan başqa, portfolio-karyera  sizə öz biznesinizi yaratmağa ilham verə bilər. Bu isə öz növbəsində başqa problemlər yarada bilər və eləcədə bunun üçün biznesin inkişaf etdirilməsi bacarıqlarınızın da olması vacibdir. Bunun üçün elə bir şəxsiyyət tipinə sahib olmalısınız ki, maliyyə təminatı olmadan (ödənişli məzuniyyət, sosial müdafiə xərcləri və s. ) hərəkət etməyə hazır olasınız. Əlavə olaraq təşkilatdan kənar tək işləməyin psixoloji çətinlikləri də mövcuddur.

Bununla belə, şəxsi həyatınızdan əmin olmaq, rəhbərliyin olmaması, işinizin müxtəlifliyi və şəxsi nailiyyət kimi hisslərə sahib olmaq bunun faydalarındandır.

Portfolio tipli karyera qurmaq istəyən şəxslər əsasən uzunmüddətli təcrübəyə malik  şəxslərdir. Yəqin ki, bu insanlar həftədə 70 saat işləməkdən qaçmaq və bununla tam məşğulluğu təmin etmək və ya gələcəkdə vəzifəsindən istefa vermək kimi qərar verə bilərlər.

Sizin şəraitinizin necə olmağından asılı olmayaraq qəti addım atmadan əvvəl belə bir cəhdlərin həyata keçməsinə nail ola biləcəyiniz haqqında düşünməlisiniz. Bunun üçün isə axtardığınız işin və gəlir mənbələrinin elementlərinin qurulması üçün çalışmaq lazımdır.

Nəticələr

  • Əgər siz yeni perspektivlər axtarırsınızsa iş yerinizi həqiqətən də dəyişmək istədiyinizdən əmin olun;
  • Şöbənizdə karyera yüksəlişi imkanları mövcuddurmu?
  • Əgər karyeranızda dəyişiklik etmək istəyirsinizsə, indiki iş yerinizdə horizontal olaraq yüksəlmə imkanlarına baxmaq lazımdır.
  • Əgər yeni bir şey axtarışındasınızsa, o zaman köməyinizə şəxsi əlaqələr çatacaqdır.
  • Əlaqələr həyatınızı zənginləşdirməklə karyerarınıza da kömək edəcəkdir.
  • İş yerinizi dəyişərkən əlaqələrinizdən maksimal olaraq istifadə etməyiniz lazımdır.
  • Siyahı hazırlayarkən mütləq şəkildə iş axtarışına aid olan bütün şəxsləri daxil etmək lazımdır.
  • O insanlardan başlayın ki, sizin fikrinizcə onlar müəyyən informasiyaya sahibdirlər. Çalışın qısa da olsa nahar və ya qəhvə süfrəsi arxasında görüşə nail olasınız.
  • Bu insanlardan iş istəməyin. Siz sahənizə aid informasiya, məsləhət və digər faydalı əlaqələr axtarışındasınız.
  • Bu görüşlərin hər birində heç olmazsa əlaqə yarada biləcəyiniz iki nəfərin adını öyrənməyə çalışın.
  • Əlaqələriniz vasitəsi ilə əldə etdiyiniz informasiya sizə bəzi işəgötürənlərin etimadını qazanmağa və onlara işlə əlaqədar təşəbbüs müraciətini etməyinizdə köməklik edəcəkdir.
  • Portfolio-karyerası əlaqələrini effektiv olaraq istifadə edən şəxslər üçün daha uyğundur. Əvvəlcə isə bir neçə təşkilatda işləmək üçün bacarıqlarınızın olub-olmadığı haqqında düşünmək lazımdır.
3244 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser