Karyera Mərkəzi təqdim edir: “Top menecerlərin məsləhətləri”

15 APREL 2016 | OXUNUB:
373

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Motivasiya və müsbət əhval-ruhiyyə peşəkar məqsədlərə nail olmaqda çox vacib rol oynayır. Bir çox sahələrdə müvffəqiyyət nail olmuş şəxsiyyətlər sizə ilham verə bilər və xoş təəssürat yarada bilər və ya uğur qazanmaq üçün sizə nəyi isə öyrədə bilər.

Bu kitabı hazırlayarkən öz sahələrində lider olan bəzi nüfuzlu və məhşur insanlara üç sual verdik:

  • Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət nə olmuşdur?
  • Karyera ilə əlaqədar özləri başqalarına əsas hansı məsləhəti verərdilər ?
  • Onlar başqalarında hansı şəxsi keyfiyyətləri axtarırlar?

Biz ümid edirik ki, onların cavabları sizin üçün təkan olacaq və əgər sizdə “durğunluq” varsa bu karyera yüksəlişində gözəl motivasiya olacaqdır. 

Lord Şipper Didcmer 

Lord Şipper Didcmer Britaniyanın biznes liderlərindən hesab edilir. Alen Şeppard mühasib ixtisasına yiyələnmiş və 20 ilə yaxın avtomobil sənayesində işləmişdir. Daha sonra o Grand Metropoliten şirkətinə keçmişdir. 1986 və 1996-cı illər arasında şirkətin Direktorlar Şurasının sədri və baş direktoru olaraq şirkətin profilini dyin vaxtı dəyişdirərək onu qida məhsulları və içkiləri sahəsində dünya bazarında liderlər sırasına çıxarmışdır. 1994-cü ildə isə Lordlar Palatasında yer almışdır.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

“Mən ömrümün 20 ilini avtomobil sənayesində keçirərək düşündüyümdən daha artıq müvəffəqiyyətə nail olmuşam. Lakin mən 20 ildən sonra nə olacağını bilirəmmi? Artıq irəli getməyin vaxtı deyilmi?” Nəticədə mən Grand Metropolitenin heyətinə düşərək Watneys şirkətini idarə etməyə başladım.

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Heç vaxt işdən “cıxıb getməyin”. Fikirlərinizi yeni imkanların sizə nə dərəcədə uyğun olduğu üzərində cəmləşdirin. Başqa sözlə pozitiv düşünün.

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Cəsurluq (məntiqli riskli fəaliyyətlər) və uzaqgörənlik (praktiki strateji düşünmək). 

Maykl Qreyd 

Maykl Qreyd Chanel 4 televiziya kanalının rəhbəri olmadan əvvəl London Weekend Television və BBC televiziyasında işləmiş və təxminən 25 ilə yaxın televiziya idarəetməsi sahəsində işləmişdir.  O, Böyük Britaniyaya “Təcili yardım”, “Dostlar” serialını və canlı yayımlanan “Xilasetmə xidməti” verilişini gətirmiş və bir neçə uğurlu filmi maliyyələşdirmişdir. O, Chanel 4 şirkətindən ayrılaraq First Leisure şirkətinin rəhbəri olmuşdur. Bu şirkət bar və boulinq şəbəkələr zəncirini özündə birləşdirir.  Daha sonra Pinewood Studios şirkətinə rəhbərlik etmiş və kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi ilə əlaqədar investisiya fondu yaratmışdır. 

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət        

Bildiyinin üzərində dur və bilmədiyini öyrənməyə çalış. 

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

İşəgötürənin imkanlarını öyrənməyə çalışın. Onların məhsullarını, reklamlarını və imicini nəzərdən keçirin. Şirkəti təfsilatı ilə öyrəndiyinizə dair konstruktiv təhlil aparın. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Mən istənilən nəzər nöqtəsinə fikir verən və müxtəlif fikirləri eşitməyə hazır olanlara üstünlük verirəm. 

Lord Maklorin

Lord Maklorin 18 il ərzində Tesco Şirkətinin icraçı direktoru və Direktorlar Şurasının sədri olmuşdur. O, pərakəndə ərzaq məhsullarının ticarətinin əsasını qoymuş və kardinal dəyşikliklərə nail olaraq Böyük Britaniyanı bu sahədə liderə çevirmişdir. O bir çox rəhbər vəzifələrdə çalışmış, həmçinin Whitbread və Vodafone şirkətlərinin Direktorlar Şurasının sədri olmuşdur. Onun kriket oynuna böyük marağı var və o hal-hazırda İngiltərə və Uelsin kriket üzrə Şurasının sədridir.  

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət        

Yuxarıdan aşağıya doğru bütün işləri təfərrüatı ilə öyrənməyə çalışın. Bu işlərin hər birinin təşkilatın işinə necə təsir etdiyini başa düşməyə çalışın.

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Sizi həqiqətən də həvəsə gətirən işi tapın və daha sonra özünüzdə olan hər nə varsa o işə yatırın. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Mən hər zaman geniş maraqıarı olan müxtəlfyönlü insanları axtarıram. Hər zaman yanımda biznesə çox kömək edən və komanda üzvü olan insanların olmasını arzulamışam. 

Ser Terens Konran

1964-cü ildə Habitat şirkətinin əsasını qoyan Ser Terens Konran beynəlxalq aləmdə dizayner, ticarətçi və restoran sahibi kimi tanınmışdır. O restoran biznesinə Storehouse vasitəsi ilə daxil olmuş və 1990-cı ildə oranı tərk etmişdir. Həmçinin Londonda “art deko” (öz parlaq rəngləri və həndəsi formaları ilə seçilən) üslubunda tərtib edilmiş və “Mişlen” şirkətinin keçmiş binalarında yerləşən Konran restoran şəbəkəsi də populyarlıq qazanmışdır. 

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Məndə belə bir şey olmamışdır. Çünki mən özümə heç vaxt karyera qurmamışam.

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Əmin olun ki, öz işinizdə xoşbəxt olacaqsınız.

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Dürüstlük, enerjili olmağı, iddialı, əməksevər və sadiq olmağı. 

Nikolya Horlik

Nikolya Horlik investisiya fondunda müvəffəqiyyətə nail olan qadın menecerlərdəndir. İddialı qadınların müvəffəqiyyət simvolu olmuş və işlədiyi bankdan rəqib banka öz komandası ilə birlikdə getməkdə şübhəli bilinərəkvəzifəsindən azad edilməklə məhşurlaşmışdır.Cavab olaraq Horlik bankın Frankfurtda yeləşən baş ofisinə gəlmiş və öz rəhbərliyinə problem yaratmaqla hadisəni kütləvi informasiya vasitələrinə çıxarmışdır. Daha sonralar o Societe General üçün yeni SG Asset Managment fondunu yaratmışdır. Altı uşaq anası olan Horlikin böyük qızı leykemiya xəstəliyi nəticəsində vəfat etmişdir.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət        

Əgər səylə işləsən sənə kimsə nəzər yetirəcəkdir. Bu isə yuxarıya doğru bir yoldur. Lakin fitnə-fəsad törətmə.

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Rəhbərinizi diqqətlə seçin. Sizə əlində hakimiyyət olan kimsə dəstək verməlidir. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Mən öz fikirlərini ifadə edə bilən, hərəkətlərində diqqətli olan və qətiyyətli insanları axtarıram. Sonuncu amil fondun rəhbəri üçün həyati önəm kəsb edir. Səhmlər – alqı və ya satqı deməkdir. Mənə gözləmə mövqeyində olan insanlar lazım deyil.

Maykl Parkinson

Mayl Parkinson geniş rəğbət qazanmış yazıçı, diktor və televiziya jurnalisti,  Böyük Britaniyanın məhşurları ilə tok-şou aparan hörmətli aparıcılarından biridir. O karyera fəaliyyətinə hərbi xidmətdən sonra yerli və milli qəzetlərdə işləməklə başlamış və daha sonra televiziyanın informasiya proqramlarında fəaliyyətini davam etdirmişdir. 1998-ci ildə uzun sürən ayrlıqdan sonra o təntənəli surətdə BBC şirkətinə qayıtmışdır. 

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Heç vaxt dayanma. Təklif edə biləcəyin hədləri araşdır. 

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Heç zaman qorxma. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Nikbinlik, qorxmazlıq və yumor hissi. 

Raymon Blan

Raymon Blan İngiltərəyə 1972-ci ildə gəlmiş və kulinariyanın super ulduzuna çevrilmişdir. O Oksfordşirdə məhşur Le Manoir aux Quat’Saisons (Dörd mövsüm məkanı) restoran və otelini açmışdır. Blan “Mişlen”in reytinqində qeyd olunan bir çox gənc aşbazları yetişdirmiş, həmçinin yazıçı və diktor kimi müvəffəqiyyət qazanmışdır.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

İnanmağa davam et. Bu çox vacib andır. Hətta bu inam əsassızdırsa belə insan intellektinə etibar et və qarşılığında çox şey görəcəksən.

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Müvəffəqiyyət qazanmaq üçün istedadın olması kifayət deyil. Çətinliklərin öhdəsindən gəlmək üçün sizə dəmir iradə lazım gələcəkdir. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

  • İntellekt (emosional və əqli), qabiliyyət, yaradıcılıq, təxəyyül.
  • Dinləmək, düşünmək və təhlil etmək bacarığı.
  • Yenidən təşkil etmə bacarığının olması.
  • üzvünün işi və bacarığı  nəticəsində əldə olunduğunu başa düşmək.
  • Gözəlliyi qiymətləndirmə və başa düşmə bacarığı. 

Ser Çay Blit, Britaniya İmperiyasının komandoru

Ser Çay Blit Paraşüt Polkunun əsgəri olmuşdur. Lakin o daha çox Atlantik okeanını əsas külək və cərəyanlarına qarşı təkbaşına qayıqla keçən şəxs olaraq məhşurlaşmışdır. Daha sonra o idman qayıqları sahəsində uğurlu biznesə başlamış və idman qayıqlarında keçirilən Global Challenge  Britaniya turnirinin keçirilməsinin təşkilatçısı kimi də tanınmışdır.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət        

İki alternativlə qarşılaşdığınız zaman ən casərətli olanının seçin. 

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Şirkəti dərindən öyrənin və suallarınızı hazırlayın. Şirkəti “üzdən” öyrənməyə sərf etdiyiniz vaxt boş yerə sərf edilmiş olacaqdır.

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Ruh yüksəkliyi, nizam-intizama, özünü inkişaf etdirmə, şirkətin gələcəyini görmə bacarığı. 

Cek Çarlton, Britaniya İmperiyasının zabiti

Cek Çarlton Leeds United futbol klubunda çıxış etdiyi 20 il ərzində 800-dən yuxarı oyun keçirmiş, İngiltərə çempionatının, İngiltərə kubokunun və Kuboklar Kubokunun qalibi olmuşdur. 1967-ci ildə ilin futbolçusu seçilmiş, Sheffield Wednesday və Middlesbrough komandalarının məşqçisi olmuş, həmçinin İrlandiya yığmasının məşqşisi kimi iki dünya çempionatında və bir Avropa çempionatında iştirak etmişdir.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Heç zaman yalan danışma . Əks təqdirdə sən çox güclü yaddaşa sahib olmalısan. 

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Onun (işəgötürmə üzrə mütəxəssisin) gözlərinə baxıb dinləyin və başınızla təsdiq edici hərəkətlər edin. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Dinləmə bacarığı, təsdiq edici hərəkətlər və diqqətin cəmləşdirilməsi.

Lord Koe, Britaniya İmperiyasının zabiti

Sebastyan Koe 1500 metr məsafəyə qaçış üzrə Olimpiya çempionu olmuşdur. Yüngül atletikadan getdikdən sonra  siyasətlə məşğul olmağa başlamışdır. 1997-ci ilə qədər Mühafizəkarlar Partiyasını parlamentdə təmsil etmişdir.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Brendon Foster (idmançı) mənim yarışlardakı uğurlu çıxışımdan sonra mənə mühasib tutmağı məsləhət gördü.           

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Müvəffəqiyyət əldə etmə arzusunun olmasını, özünü motivə etmənin gücləndirilməsi 

Harvi Qoldsmit

Harvi Qoldsmit 30 il musiqi olimpinin yüksəkliyində olmuşdur. 1986-cı ildə Afrikada aclıqdan əziyyət çəkənlərə dəstək vermək məqsədi ilə məhşur xeyriyyə konsertini təşkil etmiş və 10 həftə ərzində bir səhnədə rekord sayda artisti toplaya bilmişdir. Digər nailiyyətləri arasında Pavarottinin konsertinin təşkil edilməsi olmuşdur. İtalyan tenor Londonun Hayd Parkında minlərlə insan üçün oxumuşdur.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Heç zaman “yox” deyə cavab vermə.   

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Əgər siz karyeranıza inanırsınızsa onun hər bir rakursuna fikir verin ki, müvəffəqiyyət əldə edə biləsiniz. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

  • Onlar işi görməyi bacarırlarmı? Digər sözlərlə onlar görəcəkləri işi yerinə yetirmə bacarığına sahibdirlərmi?
  • Onlar komandanın digər üzvlərinə qaynayıb qarışa biləcəklərmi?
  • Onların iş görmə həvəsinin səviyyəsi. 

Barri Hern

Barri Hern təcrübəli diplomlu mühasibdir. O, televiziyada idman verilişlərinin geniş yayılması zamanı onların daha da inkişafı məsələsi ilə məşğul olmağa başlamışdır. Hal-hazırda o tanınmış idman şərhçisi və Matchroom təşkilatının rəhbəridir. 

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət        

Çətin sınaqlardan keçməyə hazır ol. səhv etməyə hazır ol. Lakin bunu bir dəfə et.

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Bu məsləhətin sizin xoşunuza gələcəyindən əminsinizmi? 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Sədaqətlilik, doğruluq, səmimilik, ürəkli işləmə bacarığı və səhv etməyə hazır olmağı.

Pru Leyt

Pru Leyt Parisdə təhsil almış əslən cənubi afrikalı qadındır. O karyerasına kulinar kimi başlamış və “Cordon Bleu” adlı yüksək ada sahib olmuşdur. O öz biznesinə Londondakı Earl Court məhəlləsindəki kiçik bir otaqlı mənzilində, ictimai iaşə sahəsində  başlamışdır. Bu təvazökar başlanğıcın nəticəsi olaraq müvəffəqiyyətli restoran biznesi ortaya çıxmışdır. Onun hazırladıqları yeməklər şəxsən Kraliça Yelizavetanın süfrəsinə verilirdi. Pru Leyt eyni zamanda tanınmış yazıçı və jurnalistdir.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Karyeranıza inadla davam edin. İşi başlamaq asandır: mübahisə etmək, eşqə düşmək, dünyaya uşaq gətrimək, alaq otlarını təmizləmək. Lakin mübahisəni davam etdirmək, eşq romanını sona çatdırmaq, alaq otlarının hamısını təmizləmək kimi xüsusiyyətlər oğlanları kişilərdən ayırd edir. Hər şeydən əvvəl inadkarlıqdır.

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Heyran olmadığınız şəxs üçün işləməyin.

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Mənim onunla münasibətim isti olmalıdır. Xoşunuza gəlməyən biri ilə həftədə 40 saat vaxt keçirməyin mənası varmı?

Ron Dennis

Ron Dennis 1960-cı illərdə Brabham Racing Team şirkətinin mexaniki olmuş və ilk illərdən mexanik və iş adamı kimi müvəffəqiyyət qazanmağı bilmişdir. Hal-hazırda “Formula-1” yarışlarında uğurla iştirak edən McLaren International şirkətinin rəhbəridir.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Məktəbi bitirərkən anam mənə dedi ki, gələcəkdə hansı işlə məşğul olursansa ol,eləcədə kiçik və ya vacib olmayan tapşırığı yerinə yetirərkən bütün bacarıqlarını tətbiq etməklə o işi görməlisən. 

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

İşinizi yüz faiz görməklə, etdiyiniz işlə fəxr edin. Vicdanlı, ürəkli olun. Sadiq və məqsədyönlü olduğunuzu nümayiş etdirin. Bunlar sizə istədiyinizə nail olmağa kömək edəcəkdir. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Mən verdiyim sualları diqqətlə dinləyən və düşünülmüş və dəqiq cavablar verən şəxsləri axtarıram. Bir çox hallarda insanlar müsahibə zamanı əsəbi olduqlarından onlara deyilənlərə qulaq asmır və verdikləri cavablar da müvafiq olmur. 

Devid Lloyd

Tennisçilər ailəsində anadan olan Devid Lloyd hələ yeniyətmə yaşlarında ikən peşəkar tennisçi olmuş və 17 il peşəkar kortlarda uğur qazanmışdır. İdmandan ayrıldıqdan sonra Kanadada üstüörtülü tennis kortlarını idarə etməklə məşğul olmuş və Böyük Britaniyada ilk üstüörtülü tennis kortu və fitnes mərkəz yaratmışdır. Onun biznesi inkişaf edərək bütün Böyük Britaniyaya yayılmış və şirkətin səhmləri uğurla qiymətli kağızlar bazarında kotirovka olmuşdur. Daha sonra o şirkəti Whitbread şirkətinə satmışdır. Daha sonra o “Yeni Nəsil Klubu” adlı istirahət və sağlamlıq kompleksini qurmuşdur. O daha sonra tennislə əlaqəsini davam etdirmiş və 1997 və 2000-ci illərdə Devis Kubokuna sahib olan Britaniya komandasının kapitanı olmuşdur.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Özünə inan.

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Nə etməyinizdən asılı olmayaraq qarşıdan gələn günü səbirsizliklə gözləməlisiniz. Bir işdən həzz almadığınız zaman ondan əl çəkin. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Dürüstlük, ambisiyalar və komanda ruhu.

Maykl Linaq

Maykl Linaq reqbi üzrə ən yaxşı hücumçu seçilmiş oyunçudur. Öz ölkəsinin yığma komandasında 72 oyun keçirmişdir. Üç il ərzində Avstraliya yığmasının kapitanı olmuşdur. 1995-ci ildə idmanı tərk etmiş və hal-hazırda Sky Sports kanalının idman şərhçisi və ekspertidir.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Mənim oxuduğum məktəbin direktoru ilk məktəb iclasında belə dedi: “Siz bu məktəbə nə qoyacaqsınızsa onu da götürəcəksiniz”. Pis məsləhət deyil. O kriket oyunun fanatı kimi ən yaxşı oyunlara baxmağa gəlirdi. Bir dəfə mən kapitan olduğum komandanın oyununa gələrək mənim rəqib komandanın hücumuna qarşı nə edəcəyimi soruşdu. Mən ona zərbəni geri qaytarmağı düşündüyümü, lakin bunun doğru olub-olmadığından narahat olduğumu bildirdim. Elə bu vaxt o mənə daha bir gözəl məsləhət verdi: “Maykl qərar qəbul edilmişdir. İndi edəcəyin şey bu qərarın doğru olduğuna əmin olmağa başlamaqdır”. 

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Həzz alacağınız işdən yapışın. Pul və prestij əsas məsələ deyil.

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

  • Onlar komandada işləyən insanlara qaynayıb qarışmalıdırlar.
  • Onlar bu vəzifəni ürəkdən istəməlidirlər.
  • Onların ruh yüksəkliyi və məsuliyyət nümayiş etdirdiklərini görmək istərdim. 

Devid Platt

Devid Platt özünü yüksək istedada malik futbolçu kimi göstərmiş və “Aston Villa”, “Bari”, “Yuventus”, “Sampdoriya” və “Arsenal” kimi məhşur klublarda oynamışdır. Oyunçu karyerası boyu qapılara 200-dən artıq qol vurmuş, İngiltərə yığmasında 60 oyun keçirmiş və yığma komandanın 3 il kapitanı olmuşdur. İdmandan ayrıldıqdan sonra “Nottingem Forest” komandasının meneceri olmuşdur. Hal-hazırda İngiltərənin gənclər yığmasının meneceridir.

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Ürəklə çalışmağa davam et. Qərar verdikdən sonra bu qərarın yerinə yetirilməsinə çalış.

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Yuxarıda qeyd etdiyim məsləhəti verərdim.

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

İşıqlı şəxsiyyət, əminlik, inam 

Diki Berd, Britaniya İmperiyasının üzvü

Diki Berd kriket üzrə istedadlı gənc oyunçu və İngiltərənin çox hörmətli hakimlərindən olmazdan əvvəl Yorkşir və Leysterşir komandalarının müdafiəçisi olmuşdur. O, 150-yə yaxın beynəlxalq oyunların iştirakçısı olmuş və bir çox rekordlara imza atmışdır.

 

Karyera ilə əlaqədar aldığınız ən yaxşı məsləhət

Görəcəyin işin üzərində ürəklə işlə. Daxili qüvvəni göstər və hər şeydən əvvəl özünə inan 

Karyera ilə əlaqədar verəcəyiniz əsas məsləhət nə olardı?

Özünüzə inanın. Daxili qüvvəçox əhəmiyyətlidir. Bu dünyada çox bacarıqlara sahib ola bilərsiniz. Lakin özünüzə inamınız olmasa sizin əhvalınız pozular və unudulub gedərsiniz. 

Başqalarında hansı keyfiyyəti axtarırsınız?

Doğruluq,ədalətlilik və xarakter göstərmək. Həmçinin üzünüzdə

374 2