irsad_4823i.e.d., prof. Kərimli İrşad Abdul oğlu
*
e-mail: [email protected]

1947-ci ildə Göyçay rayonunda anadan olub.

1961-ci ildə orta məktəbin 8-ci sinfini bitirib Göyçay Kənd Təsərrüfatı Texnikumuna daxil olub.
1963-cü ilin dekabr ayından texnikumda oxuyarkən Göyçay avtobazasında ilk əmək fəaliyyətinə başlayıb.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil alıb. 1971-ci ildə təhsil aldığı institutun elmi, ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və institutu fərqlənmə ilə bitirdiyinə görə gənc mütəxəssis kimi institutda saxlanılıb. Bir il kafedrada əvvəlcə laborant, sonra isə baş laborant vəzifəsində işlədikdən sonra istehsalatdan ayrılmaqla aspiranturaya daxil olub. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Xarici Dillər İnstitutunun “Siyasi iqtisad” kafedrasına baş müəllim göndərilir.

1979-cu ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun İxtisaslaşmış Elmi Şurasında “İstehsalla istehlak arasında qarşılıqlı əlaqənin müasir xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Daha sonra doktorluq dissertasiyası üzərində işləyib. Problem mürəkkəb və çoxcəhətli olduğundan Ukraynaya göndərilib. Kiyev Universitetində doktoranturada oxuyub, tədqiqat işini davam etdirib və dissertasiyasını tamamlayıb.

1994-cü ilin dekabr ayında Kiyev Universitetinin ixtisaslaşmış Elmi Şurasında “Bazar mexanizminin formalaşması və inkişaf problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. Bir neçə il sonra professor vəzifəsinə seçilib. 1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin, 2002-ci ildən isə Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının üzvü seçilib.

2017-ci ildən UNEC-in Xarici ticarətə dəstək mərkəzinin rəhbəridir.

Hazırda UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının professorudur.

100-ə yaxın elmi məqalənin, bir neçə monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifidir.

.          UNEC-in “Qabaqcıl təhsil işçisiləri” (24.12.2015)

irshad8467e620565a65217valida_1789irshad_1785DSC_4823Снимок222irshad_4750

2006-cı ildə nəşr olunan «Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri», 2013-cü ildə isə «İqtisad elmi: aktual problemlər və real yanaşmalar» adlı dərslikləri xüsusi maraqla qarşılanmışdır. «Azərbaycan və milli iqtisadi inkişaf modelləri», «İqtisadi məqsədlər və problemlər», «Beynəlxalq iqtisadiyyat və Milli iqtisadiyyatın səmərəliliyi», «Azərbaycan regional iqtisadi inteqrasiya prosesində» adlı dörd maraqlı məruzəsi beynəlxalq konfanslarda maraqla dinlənilmişdir.

İqtisad  elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Xarici İqtisadi Əlaqələr bölməsinin baş elmi işçisi, həmin institutun ixtisaslaşmış müdafiə şurasının üzvüdür. 2015-ci ilin oktyabrından 2022-ci ilin sentyabrına kimi UNEC-in yeni yaradılmış “Beynəlxalq iqtisadiyyat” kafedrasına rəhbərlik edib.

İqtisad Universitetinin 85 illik yubileyi münasibəti ilə təhsilin səviyyəsinin qaldırılması, dünya standartlarına və dünya elminə uğurla inteqrasiya olunması, həmçinin universitetdə təhsil alan gənc nəsli yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri ilə yanaşı onların Vətən, millət, dövlət sevgisini əməllərində təcəssüm etdirən bir ziyalı, bir insan kimi formalaşması sahəsində  göstərdikləri fəaliyyətinə görə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

Ailəlidir, iki övladı var.
*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

irshad

prof. İ.Kərimli UNEC NEWS-da

UNEC-də elmi konfrans: “Azərbaycan-Türkiyə diplomatik əlaqələri – 25” (08.11.2017)
UNEC professorları elmi konfransda aktual mövzularla çıxış ediblər (19.10.2017)
UNEC-də elmi seminar: “Azərbaycan iqtisadiyyatı son bir ildə”
 (27.01.2017)

Xarici bazara hansı məhsullarla çıxmaq olar?- UNEC ekspertlərinin şərhi (25.04.2017)
İctimai müzakirələrdə UNEC ekspertləri fəallıq nümayiş etdirir
 (24.04.2017– VİDEO)

7394 4