kerimova_shucaet_xariciKərimova Şücaət Müşrif qızı

1983-cü ildə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib.
1987-2003-cü illərdə orta məktəbdə inglis dili müəllimi işləyib.

2003-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər-1” kafedrasında müəllim vəzifəsində çalışıb. 2003-2004-cü illərdə Amerikalı Kitty Johnsonun sinfində “İnglis Dilinin Müasir Metodologiyası” üzrə kurs keçib. 2004-2005-ci ildə həmin kursun yüksək mərhələsini uğurla başa vurub.
2005-ci ilin yayında “Trenerlərin Hazırlanması” kursunu bitirib.

2003-cü ildən Azərbaycan İnglis Dili Müəllimlər Assosasiyasının üzvüdür. İELTS (Beynəlxalq İnglis Dili Test Sistemi) kursu üzrə tədris proqramının müəllifidir.

Hazırda UNEC-in “Xarici dillər” kafedrasının müəllimidir.

Bir sıra jurnallarda dilçiliyin müasir problemlərindən və zəruri məsələlərindən
bəhs edən elmi məqalələrlə çıxış edir.

Ailəlidir, iki övladı var.