Marketinq” kafedrasında  II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin təşkili

“Marketinq” kafedrası magistrantlara tədris prosesinin təşkili, interaktiv üsullardan istifadə qaydaları, dərslərdə tələbələrlə aktiv ünsiyyət üsulunun qurulması istiqamətində ümumi biliklərin verilməsi ilə yanaşı onlara seminar dərslərini aparmaq üçün  müvafiq şərait də yaradır.

Fevrlın 23-də 312-ci qrupun magistrantı Novruzzadə Göyçək Nayiq qızı “Beynəlxalq marketinq” fənnindən seminar dərsini aparıb. Seminarda “Marketinq” kafedrasının müdiri, i.e.d.,dos.T.İ.İmanov, fənn müəllimi dos. E.N.Quliyev və “Karyera və işədüzəltmə şöbəsinin” əməkdaşı A.Həsənov iştirak edib.

“Beynəlxalq marketinqin mahiyyəti” mövzusunda seminar dərsini keçən magistrant fənnin mahiyyəti, predmeti, inkişaf mərhələləri, lokal və qlobal marketinq, onların tətbiqi problemlərindən ətraflı danışaraq, tələbələri maraqlandıran sualları da cavablandırıb.

Seminar dərsi elmi-pedaqoji təcrübə keçən magistrantlar və tələbələr tərəfindən maraqla müşayiət olunub.

DSC_0007 DSC_0006 DSC_0005 DSC_0004 DSC_0003 DSC_0002 DSC_0001

 

482 3