mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM: BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA: MARKETİNQ

 

İxtisaslaşmanın məqsədi:

Marketinq ixtisaslaşması magistrantı istehlak məhsulları, maliyyə xidmətləri, dəbdəbəli (luxury) məh­sul­lar, yüksək texnologiya (hi-tech), KİV (media) və digər sahələr üzrə peşə fəaliyyətinə hazırlayır. Bu ix­tisas əsasən rəqiblər, vasitəçilər (intermediary), əlaqə­lən­diricilər (facilitator), KİV və dövlət sek­ro­tundə məhsul, xidmət, paylama, reklam və qiy­mət­­ləndirmə (market mix) üzrə tələbin təmin edil­məsi yollarını göstərir. Mar­ketinq ixtisasına məhsul və xidmət mü­ba­di­ləsi kimi deyil, daha çox şa­xə­­li münasibətlər toplusu ki­mi yanaşılır və bu ixtisas əsa­sən prak­tik formatda (case base) təfər­rüatı ilə tədris edilir.

 

MBA proqramının müddəti və ünvanı:

Marketinq ixtisaslaşması üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində10ümumi fənn üzrə 60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə 24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə 12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərs­lər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiq­laliy­yət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: mba@asue.edu.az,tel/fax +99412 4976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış nami­zəd­lər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qə­rarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­­hib­­­­kar­lıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­mat­larla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oyna­ma, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-höku­mət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım se­mestrlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imtahanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

Marketinq ixtisası üzrə keçirilən fənlər:

 

Birinci semestr:

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

FIN 502                      Korporativ maliyyə

MARK 502                Marketinq strategiyası

ACCTG 502               İdarəetmə uçotu(F2)

 

Üçüncü semestr:

OM 502                      Əməliyyatlar menecmenti

BLAW 642                 Biznes hüququ(F4)

 

Dördüncü semestr – 4 əsas seçmə fənn

MARK520                 Rəqəmsal marketinq strategiyası

MARK 530                Beynəlxalq marketinq

MARK 525                Firmalar, bazarlarvəböhran

MARK 632                Qiymətstrategiyası

FIN 550                      Sahibkarlığıninkişafı

SMO 635                    İdeya və innovasiyaların layihələndirilməsi

MARK 615                Pərakəndəsatış

MARK 644                Kreativsənayedəstratejimarketinq

MARK 677                Marketinqtədqiqatları

SMO 634                    Texnologiya və qlobal rəqabət

RES 620                     Qərarqəbuletmədə tədqiqat metodları

MIS 521                     İdarəetmənin informasiya sistemləri

HRM 602                   Beynəlxalq biznes etikası və korporativ idarəetmə

BUEC 501                 Qlobal mühitdə biznes

BLAW 631                Menecmentin hüquqi aspektləri

Buraxılış layihəsi (Capstone paper)ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

425 2