Müasir dövrün tələbi – əylənərək öyrənmək

31 OKTYABR 2017 | VIEWS:
1739

rus373834850_nUNEC-də “Əylənərək öyrənmək” adlı yeni layihəyə start verilib.

UNEC-in Rus İqtisad Məktəbində həyata keçirilən layihənin məqsədi tələbələrin dünyagörüşünü daha da zənginləşdirməkdir.

Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov bildirib ki, cəmiyyətdə gənclərin az mütaliə etməsi, klassik musiqi dinləməməsi kimi miflər mövcuddur. Bu fikirlər gənclərlə böyük nəsil arasında bir uçurum yaradır. İki nəsil arasında bu maneəni qaldırmaq üçün yeni şərtlərə uyğunlaşaraq, tələbələrin dünyagörüşünü müasir, fərqli metodlara formalaşdırmaq lazımdır. Bu sahədə dünyada ən çox yayılan metod isə əylənərək öyrənməkdir.

Əyləncəli oyunda tələbələr sentyabr və oktyabr ayları ərzində yubileyləri qeyd edilən dünya və milli ədəbiyyat, eləcə də musiqi korifeyləri, milli qəhrəmanlar, ictimai-siyasi xadimlər və beynəlxalq ahıllar gününə dair sosial videoroliklərlə tanış olublar. Hər bir şəxsiyyətə və hadisəyə dair müxtəlif təqdimat variantları müəyyən edilən oyunda tələbələr Molla Pənah Vaqifin şeirlərini səsləndiriblər. Xəlil Rza Ulutürkün azadlıq manifesti kimi səslənən əsərini təqdim edən tələbənin ifası və məşhur kinofilmdən Marina Svetayevanın sözlərinə yazılmış musiqi parçası auditoriyanın xüsusi rəğbətini qazanıb. Tələbələr ilk dəfə müstəqil Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun rus dilində hələ Sovet dövründə erməni millətçilərini hüquqi əsaslarla ifşa etdiyi videogörüntünü izləyiblər. Dahi bəstəkar Qara Qarayevin “Don Kixot” baletindən fraqmentlər nümayiş etdirildikdən sonra tələbələr Şövkət Ələkbərova və Müslüm Maqomayevin repertuarından mahnılar, Paqanininin əsərindən parçalar ifa ediblər.

Tələbələrin marağına səbəb olan “Əylənərək öyrənmək” layihəsi hər ay təşkil ediləcək.

1740 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna