gomruk_gulnarab/m. Abdullayeva Gülnarə Akif qızı

30 mart 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1987-1993-cü ilə qədər Orcononikidze rayonunun məişət iaşəsində – əmtəəşünas vəzifəsində çalışmışdır.

1993-1999-cu ilə qədər “Azəravtotəmir” İstehsalat Birliyində – iqtisadçı vəzifəsində çalışmışdır.

2000-2001-ci ilə qədər “Adil” şirkətində – iqtisadçı vəzifəsində çalışmışdır.

*

2001-2003-cü illərdə “Tural” MMC-də – iqtisadçı vəzifəsində çalışmışdır.

İqtisad Universitetinin “Beyəlxalq ticarət və gömrük işi” kafedrasında müəllim vəzifəsində çalışıb.

Hazırda UNEC-in “Ticarət və gömrük işinin təşkili” kafedrasının baş müəllimidir.

10-dan artıq elmi işin müəllifidir.

Evlidir, iki övladı, bir nəvəsi var.