rashad7_140934Daxili audit şöbəsinin müdiri i.f.d. Muradov Rəşad Hüseyn oğlu

e-mail: [email protected]

29 Aprel 1977-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Bakı şəhəri 100 nömrəli orta məktəbə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib.

1994-1999-cu illərdə “Naxçıvan” universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisasını bitirib.

2000-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyində əmək müfəttişi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəçiliyi” ixtisasını bitirib. 2004-2007-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyində baş əmək müfəttişi vəzifəsində çalışıb (ixtisas dərəcəsi: 3-cü dərəcəli dövlət qulluqçusu). 2007-2014-cü il tarixlərində Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrlar ixtisasının artırılması” fakültəsinin istehsalat təcrübəsinin rəhbəri, “Dövlət idarəetməsi və menecment” kafedrasının müəllimi kimi fəaliyyət göstərib.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasının (0.5 ştat) baş müəllimi olub.

20.04.2022-ci il tarixdən həmin kafedranın 0,5 ştat əvəzçiliklə dosenti vəzifəsinə keçirilib.

2014-cü ildən 2015-ci ilin fevral ayınadək Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun köməkçisi vəzifəsində işləyib.
2015-ci ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

2023-cü ilin oktyabrından UNEC-in Daxili audit şöbəsinin müdiridir.

29 aprel 2016-cı il tarixində “Büdcə prosesinin  təkmilləşdirilməsinin nəzəri-metodoloji əsasları” mövzusunda dissertasiya işini müdafiə etmiş və AAK-ın 13 sentyabr 2017-ci il tarixli qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

DSC_9596DSC_6338DSC_6583rasade773fa757881DSC_8724DSC_0287

UNEC əməkdaşları KİS üzrə beynəlxalq auditor sertifikatı qazanıb (18.09.2018)
UNEC-də elektron kargüzarlığı təkmilləşdirilir
 (18.05.2017)

“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə UNEC-dən dəstək
 (10.05.2017)

rashadd31140275783168720_nrasad420136_4932107536955293413_nrasad_6288376724948811284_n-

6904 1