“Plagiat.pl” şirkətindən UNEC-in doktorant və magistrləri üçün təlim

12 MAY 2017 | VIEWS:
2359

Polşanın tanınmış “Plagiat.pl” şirkəti UNEC-də doktorant və magistrlər üçün təlim keçib.

UNEC-in Doktorantura şöbəsinin müdiri Həmid Həmidov iştirakçılara təlimin məqsədi barədə məlumat verib. Bildirib ki, təhsil nazirinin “Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında” müvafiq əmrində plagiatın qarşısının alınması və tədrisin keyfiyyətinin təkmilləşdirilməsi ilə bağlı tələblər var. Bu məqsədlə UNEC-də plagiat proqramı tətbiq edilir. Kafedraların müvafiq əməkdaşları universitetdə təqdim olunan tədris metodiki vəsaitlərin, dissertasiyaların, buraxılış işlərinin antiplagiat sistemi ilə qiymətləndirilməsi barədə məlumatlandırılacaq.

“Plagiat.pl” şirkətinin nümayəndəsi proqramın işləmə mexanizmi barədə iştirakçılara ətraflı məlumat verib. Auditoriya ilə plagiata qarşı tədbirlər müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

2360 2