Ministr_Ali_Abbasov“İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müdiri  akademik Abbasov Əli Məmməd oğlu

1953-cü il yanvarın 1-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1976-cı ildə Moskva Energetika İnstitutunu Avtomatika və telemexanika ixtisası üzrə bitirib. Təxminən bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında məqsədli aspiranturada təhsilini davam etdirib. 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsini alıb. 1994-cü ildə 05.13.14 – “İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə dissertasiya müdafiə etmiş, texnika elmləri doktoru adını alıb.
1996-cı ildən professordur. 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür.

1982-1992-ci illərdə AMEA-da müxtəlif vəzifələrdə çalışıb. 1992-2000-ci illərdə AMEA-nın İnformasiya və Telekommunikasiya Elmi Mərkəzinin (indiki İnformasiya Texnologiyaları İnstitutu) direktoru vəzifəsində çalışıb.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur. Azərbaycan Elm və Təhsil üzrə kompüter şəbəkələri Assosiasiyasının (AZRENA) prezidentidir. 180-dan çox elmi əsərin və 18 elmi monoqrafiya və kitabların müəllifi və həmmüəllifidir. 14 texniki elmlər üzrə fəlsəfə doktoru və 8 texniki elmlər doktoru hazırlayıb.

2001-2004-cü illərdə AR Milli Məclisinin deputatı və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olub. 2001-ci ildən AMEA-nın həqiqi üzvü, Rəqəmli İnkişaf üçün Genişzolaqlı Rabitə üzrə BMT Baş katibi yanında Komissiyanın, Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun üzvüdür.

2004-2014-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsində işləyib.

27 dekabr 2012-ci ildə AR Prezidenti cənab İlham Əliyev tərəfindən  informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2017-ci ilin mayında AMEA-nın müşaviri təyin olunub.

1379 2