mubariz_foto11prof. Bağırov Mübariz Məmmədhüseyn oğlu

1961-ci il avqustun 11-də anadan olmuşdur. 1968-1978-ci illərdə orta məktəbdə təhsil almışdır.

1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsinə daxil olmuşdur. 1985-ci ildə həmin institutu bitirmişdir.

1981-1982-ci illərdə ordu sıralarında xidmət etmişdir.

1986-1990-cı illərdə İqtisad Universitetinin aspirantura-sında oxumuşdur.

1993-cu ildə Moskva Dövdət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1995-1997-ci illərdə Sankt Peterburq Dövlət Maliyyə-İqtisad Universiteitndə doktoranturada təhsil almış, 1997-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru adı almışdır.

1978-ci ildə Bakı şəhərində 2 №-li evtikmə kombinatında, 1993-cü ilə kimi fəhlə, mühəndis, böyük mühəndis, şöbə müdiri, direktor iqtisadi məsələləri üzrə müavini vəzifələrində işləmişdir.

*

1993-1998-ci illərdə Sənaye İnvestisiya Bankının ixtisaslaşmış tikinti filialının müdiri vəzifəsində işləmişdir. 1998-2001-ci illərdə Azərbaycan İqtisadçılar İttifaqında pul-dövriyyəsi və kredit sektorunun müdiri işləmişdir.

2001-2006-cı illərdə Odlar Yurdu Universitetntində Maliyyə kafedrasının müdiri vəzifəsində işləmişdir. 2006-2009-cu illərdə Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili  İnstitutunda baş elmi işçi, EA-nın iqtisadiyyat institutunda baş elmi işləmişdir.

2011-ci ildən İqtisad Universitetinin “Bank işi” (indiki “Maliyyə və maliyyə institutları” kafedrasının professorudur. Hazırda Maliyyə və mühasibat fakültəsini dekan müavinidir.

Ailəlidir, üç övladı var.

DSC_92132-001DSC_8345mubariz- копия - копия