DSC_0458

“Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri i.e.d., prof. Əlirzayev Əli Qəmbərəli oğlu

e-mail: ali.alirzayev@unec.edu.az

1945-ci ildə martın 31-də Naxçıvan MR Babək rayonu Nehrəm kəndində anadan olmuşdur.

1968-ci ildə indiki Azərbaycan Texniki Universitetini bitirib.

1973-cü ildə Moskva Mərkəzi İqtisadi Riyaziyyat İnstitu­tun­da namizədlik, 1985-ci ildə isə doktorluq dis­ser­ta­siyası müdafiə etmişdir.

Müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri;
1985-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru olmuşdur. Naxçıvan Dövlət Universitetində kafedra müdiri vəzifələrində işləyib.

1997-2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü, İqtisadi siyasət komissiyasının sədr müavini olub.

İqtisad elmləri doktoru, professordur. Hazırda “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiridir.

2000-ci ildə “Uğur” mükafatına layiq görülmüşdür. 2002-ci ildə əməkdar elm xadimi adı verilmişdir.

2016-cı ilin fevralında Avropa nəşr mətbuat evi mükafat komissiyasının qərarı ilə Milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim QIZIL MEDALI ilə təltif olunmuşdur.

500-dən artıq elmi əsə­rin, o cümlədən çoxsaylı monoq­rafi­ya­ların, dərslik və dərs vəsaitinin müəl­lifi­dir. 50 as­pi­ran­ta rəh­bərlik etmiş, 2 elmlər doktoru yetişdirmişdir.

alirzayev11_5821DSC_4936

976 1