20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub.
1945-1955-ci illərd kənd orta məktəbində təhsil alıb.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika riyaziyyat fakultəsinə gəbul olub;
1961-ci ildə həmin fakultənin Riyaziyyat ixtisasını bitirib.
1961-1966-cı illərdə AEA-nın elmi tədqiqat Energetika institutunda elmi işçi vəzifəsində işləyib.
1966-cı ildən D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat” kafedrasında müəllim işləyib. 1975-ci ildə disertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. 1982-ci ildə dosent vəzifəsinə seçilib.
2005-ci ildə professor seçilib. 2009-2016-cı illərdə İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının müdiri vəzifəsində işləyib.
2017-ci ildən təqaüddədir.
50-yə qədər elmi məqalə, metodik göstəriş və dərs proqramın müəllifidir.
2005-ci ildə Respublika Prezidentinin Sərancamı ilə “Əməkdar Müəllim” fəxri adına layıq görülüb.
2006-cı ildə Azərbaycan Təhsil Nazirinin Əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
2010-cu ildə İqtisad Universitetinin 80 illik yubileyi münasibətiilə “Universitetin Qızıl Yubiley” medalı ilə təltif edilib.
Ailəlidir, dörd övladı var.
UNEC alimi ilə görüş keçirilib (23.05.2017)