riyaz_mus

prof.  Qarayev Mustafa İslam oglu

20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd  kəndində  anadan olub.
1945-1955-ci  illərd kənd orta məktəbində təhsil alıb.

1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika riyaziyyat fakultəsinə gəbul olub;
1961-ci  ildə həmin fakultənin  Riyaziyyat ixtisasını bitirib.

1961-1966-cı  illərdə AEA-nın  elmi tədqiqat Energetika  institutunda  elmi işçi vəzifəsində işləyib.

1966-cı ildən D.Bunyadzadə adına Azərbaycan  Xalq Təsərrüfat İnstitutunun  (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat”  kafedrasında  müəllim  işləyib. 1975-ci  ildə disertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. 1982-ci ildə dosent vəzifəsinə seçilib.
2005-ci ildə professor seçilib. 2009-2016-cı illərdə İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının  müdürü vəzifəsində işləyib.

50-yə qədər elmi  məqalə, metodik göstəriş və dərs  proqramın müəllifidir.
2005-ci ildə Respublika Prezidentinin  Sərancamı ilə “Əməkdar Müəllim” fəxri adına layıq görülüb.
2006-cı ildə Azərbaycan Təhsil  Nazirinin  Əmri ilə  “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
2010-cu ildə İqtisad Universitetinin 80 illik yubileyi  münasibətiilə “Universitetin Qızıl  Yubiley” medalı ilə  təltif  edilib.
Ailəlidir, dörd övladı var.

mustafa_9095

1279 2